Pleyeri seçin:

Ukraynaya görə elə bir şey oldu ki… | Gürcüstanın NATO-ya gedən yolunda əsas maneə

30 oktyabr 2024 215 baxış

“Əgər Qərb indi “Gürcü Arzusu”nun liderlərinə sanksiyalar tətbiq etsə, Belarus ssenarisi təkrarlana bilər. Qərbdə heç kim bunu istəmir, çünki belə olan halda Gürcüstan həqiqətən də Rusiyanın tabeliyinə qayıdacaq”.

Bu sözləri Ermənistan mediasına açıqlamasında gürcü politoloq Tornike Şaraşenidze seçkilərdən sonrakı vəziyyəti şərh edərkən deyib.

“Gürcüstan hakimiyyəti artıq göstərdi ki, onlar sanksiyalardan və etirazlardan qorxmurlar. Qərb bundan sonra nə etməlidir? Gürcüstanı təcrid etmək? Bu, Qərbin bütün Cənubi Qafqazı itirməsinə gətirib çıxaracaq, çünki Gürcüstan coğrafi baxımdan regionun açarıdır. Ermənistan üzünü Qərbə çevirdiyi üçün Gürcüstan hakimiyyəti bu məsələdə çox yaxşı oynayır. Qərb Gürcüstanı itirsə, Ermənistanı da itirəcək, İrəvan da Rusiyaya üz tutacaq. Gürcüstan hakimiyyəti bununla oynayır və Qərbi Tiflisin şərtləri ilə Gürcüstanın Avropaya inteqrasiyasını davam etdirməyə çağırır”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın sayəsində Gürcüstan üçün fürsət pəncərəsi açılıb:

“Ukraynada müharibə başa çatdıqdan sonra AB əvvəlcə Ukraynanı qəbul etməli, sonra Gürcüstanı müzakirə etməlidir. Amma bunun nə vaxt baş verəcəyini heç kim bilmir. Nə qədər ki bizim ərazimizdə, Cənubi Osetiya adlanan ərazidə Rusiyanın hərbi bazası var, Gürcüstanın NATO-ya qəbulu mümkün deyil. Gürcüstanın NATO-ya gedən yolunda əsas maneə demokratiya yox, Rusiya qoşunlarının orada olmasıdır. Onlar Gürcüstanı NATO-ya qəbul etmək istəyirlər, bu, faydalı, lakin çətindir, çünki burada rus qoşunları faktoru var”.

SEPAH 60 strateji hədəfə hücum edildiyini açıqladı

SEPAH 60 strateji hədəfə hücum edildiyini açıqladı

Dünya
02 mart 2026 215 baxış
Bu halda ABŞ və İsrail İrana qarşı zərbələrdən imtina edəcəkdi? - Baku TV

Bu halda ABŞ və İsrail İrana qarşı zərbələrdən imtina edəcəkdi? - Baku TV

Dünya
02 mart 2026 215 baxış
İranın sensasiyalı qisas planı | Hadisələr ətraf ölkələrə necə təsir edəcək? - Baku TV

İranın sensasiyalı qisas planı | Hadisələr ətraf ölkələrə necə təsir edəcək? - Baku TV

Dünya
02 mart 2026 215 baxış
İranda hakimiyyət dəyişikliyi planı necə quruldu? - Detallar üzə çıxdı! - Baku TV

İranda hakimiyyət dəyişikliyi planı necə quruldu? - Detallar üzə çıxdı! - Baku TV

Dünya
02 mart 2026 215 baxış
İranın B planı: “Başsızlaşdırma” cəhdi alt-üst oldu? - Xameneisiz İranı nə gözləyir? | HƏRBİ XRONİKA

İranın B planı: “Başsızlaşdırma” cəhdi alt-üst oldu? - Xameneisiz İranı nə gözləyir? | HƏRBİ XRONİKA

Dünya
02 mart 2026 215 baxış
Yaxın Şərqdə gərginlik davam edir - Baku TV CANLI

Yaxın Şərqdə gərginlik davam edir - Baku TV CANLI

Dünya
02 mart 2026 215 baxış
Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya

Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya

Dünya
02 mart 2026 215 baxış
İranda bütün sistem dağılır? - Xameneinin ölümündən sonra nələr olacaq? - Baku TV

İranda bütün sistem dağılır? - Xameneinin ölümündən sonra nələr olacaq? - Baku TV

Dünya
02 mart 2026 215 baxış
İran Benyamin Netanyahunun ofisinə zərbə endirib? - Baku TV CANLI

İran Benyamin Netanyahunun ofisinə zərbə endirib? - Baku TV CANLI

Dünya
02 mart 2026 215 baxış
İsrail və ABŞ-nin birgə hərbi əməliyyatı nəticəsində nə qədər adam ölüb? - Baku TV CANLI

İsrail və ABŞ-nin birgə hərbi əməliyyatı nəticəsində nə qədər adam ölüb? - Baku TV CANLI

Dünya
02 mart 2026 215 baxış
Seçilmişlər
icon