Ukraynaya müdaxilənin səbəbləri üzə çıxdı | Detallar açıqlandı
Ukraynanın işğal olunmuş Zaporojye vilayətindən “senator” elan edilən, ultramillətçi görüşləri ilə tanınan Dmitri Roqozin Ukrayna ilə müharibənin başqa bir səbəbini tapıb.
Bu barədə o, sosial şəbəkələrdə status paylaşıb.
D.Roqozinə görə, Ukraynaya müdaxilənin səbəblərindən biri də sən demə, onların Milad bayramını yeni üslubda qeyd etməyi olubmuş.
“Düşmənimiz pravoslav inancından dönmüş katolik polyaklar və azğın canavarlarla birlikdə dekabrın 25-də Milad bayramını qeyd edir. Bu o deməkdir ki, haqq və Tanrı bizim tərəfimizdədir. Torpaqlarımızı mürtədlərdən, işbirlikçilərdən və atalarımızın inamına və xatirinə xəyanətkarlardan azad edəndə hamımız bir-birimizi əvvəlki kimi – bu gün, yanvarın 7-də Milad bayramı münasibətilə təbrik edəcəyik”, – deyə D.Roqozin qeyd edib.
Qeyd edək ki, Milad bayramının dekabrın 25-dən yanvarın 7-nə qədər keçirilməsi haqqında qanun Volodimir Zelenski tərəfindən 2023-cü ilin yayında imzalanıb.
Xatırladaq ki, bir il əvvəl Sankt-Peterburqun qubernatoru Aleksandr Belov Ukraynaya qarşı işğalçı savaşı daha bir qəribə səbəblə izah edib. Onun sözlərinə görə, Ukraynada “M” və “F” üçün ümumi tualetlərin olması buna şərait yaradıb.
#Ukrayna teqi istifadə olunub
- Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI
- Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI
- Ukrayna ballistik proqramını gücləndirir
- Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV
- Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR
