Pleyeri seçin:

Vaşinqton geri çəkilir? | Rusiyanın təhdidlərinə ABŞ rəsmisindən cavab - Baku TV

29 may 2026 340 baxış

“ABŞ diplomatları Ukraynanı tərk etməyəcək, Vaşinqton isə Kiyevə dəstəyini davam etdirəcək”.

Bu barədə ABŞ senatoru Riçard Blumental amerikalı iş adamı və siyasətçi Ceyms Hayms ilə Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiyanın təhdidləri ABŞ və Ukraynanı qorxutmayacaq:

“Diplomatlarımız Ukraynanı tərk etmir. Onlar buradadırlar. Biz qorxmuruq. Kiyevə yardımları dayandırmayacağıq. Rusiyanın raket və dron hücumlarını artırdığı bir vaxtda Ukraynanın əlavə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı müraciətlərini dəstəkləyirik. Məqsəd mülki insanların həyatını qorumaqdır. Bombalanmış ticarət mərkəzini, dağıdılmış yaşayış binalarını görəndə Putinin qadınları, uşaqları və digər mülki şəxsləri hədəf aldığı aydın olur”.

Ceyms Hayms isə öz növbəsində qeyd edib ki, hansı silah sistemlərinin veriləcəyi ilə bağlı yekun qərar hələ məlum deyil, lakin Konqres daha çox dəstək göstərilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə ABŞ Konqresi Ukraynaya əlavə hərbi yardımın, xüsusilə də ballistik raketləri vurmağa qadir hava hücumundan müdafiə sistemlərinin göndərilməsi üçün öz səylərini davam etdirir.

Bu arada, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas amerikalıların Kiyevi tərk etdiyini bildirsə də, sonradan bu ifadə onun şərhlərinin rəsmi mətnindən çıxarılıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 340 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 340 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 340 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 340 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 340 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 340 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 340 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 340 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 340 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 340 baxış
Seçilmişlər
icon