Pleyeri seçin:

Vaşinqton Kiyevə vaxt qoydu | Sülh planı üçün geri sayım başladı?

21 noyabr 2025 276 baxış

ABŞ öz sülh planının şərtlərinə razılıq verməsi üçün Ukraynanı kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü azaltmaqla hədələyib.

“Reuters” agentliyinin yazdığına görə, Vaşinqton hazırda Kiyevə əvvəlki sülh danışıqlarında olduğundan daha güclü təzyiq göstərir və gələn cümə axşamına qədər çərçivə sənədini imzalamağı tələb edir.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edib. O, Ukraynaya xəyanət etmədiklərini və bundan sonra da etməyəcəklərini bildirib.

V.Zelenskinin sözlərinə görə, Ukrayna gələn həftə ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər:

“İndi tariximizin ən çətin anlarından biridir. Ya 28 bəndlik sənədi qəbul etməliyik, ya da son dərəcə çətin qışa hazır olmalıyıq. Onlar bizdən cavab gözləyirlər, amma mən bunu 2019-cu il mayın 20-də Ukraynanın suverenliyini və müstəqilliyini müdafiə etməyə sadiq olduğumu deyəndə verdim”.

Yeri gəlmişkən Ukrayna Prezidenti V.Zelenski müharibənin başa çatdırılması ilə bağlı danışıqların fəallaşması fonunda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə telefon danışığı aparıb.

“Biz Amerika və bütün tərəfdaşlarla rahat şəkildə işləyəcəyik. İnandıracağam, alternativlər təklif edəcəyəm, amma şübhəsiz ki, düşmənə Ukraynanın sülh istəmədiyini söyləmək üçün heç bir səbəb verməyəcəyik”, – deyə V.Zelenski vurğulayıb. 

Müctəba Xameneinin harada olduğu barədə rəsmi açıqlama

Müctəba Xameneinin harada olduğu barədə rəsmi açıqlama

Dünya
17 mart 2026 276 baxış
İsrailin müdafiə nazirindən açıqlama | İran Laricaninin ölümünü təsdiqləmir - Baku TV

İsrailin müdafiə nazirindən açıqlama | İran Laricaninin ölümünü təsdiqləmir - Baku TV

Dünya
17 mart 2026 276 baxış
Bolton: "İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq"

Bolton: "İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq"

Dünya
17 mart 2026 276 baxış
Trampdan sensasiyalı açıqlama! | Hansı ölkələr ABŞ-yə dəstək verəcək? - Baku TV

Trampdan sensasiyalı açıqlama! | Hansı ölkələr ABŞ-yə dəstək verəcək? - Baku TV

Dünya
17 mart 2026 276 baxış
Benyamin Netanyahu İrana sərt xəbərdarlıq etdi - Baku TV CANLI

Benyamin Netanyahu İrana sərt xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
17 mart 2026 276 baxış
ABŞ-ni İran məsələsində Avropa niyə dəstəkləmir? | Savaşın gedişatında dilemma - Baku TV

ABŞ-ni İran məsələsində Avropa niyə dəstəkləmir? | Savaşın gedişatında dilemma - Baku TV

Dünya
17 mart 2026 276 baxış
İsrail Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqladı - Baku TV

İsrail Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqladı - Baku TV

Dünya
17 mart 2026 276 baxış
Erməni politoloqdan iddia: Rusiya keçiriləcək seçkilərə 100 milyon dollar ayırdı - AKTUAL GÜNDƏM

Erməni politoloqdan iddia: Rusiya keçiriləcək seçkilərə 100 milyon dollar ayırdı - AKTUAL GÜNDƏM

Dünya
17 mart 2026 276 baxış
“Paşinyanı qorumaq üçün Ermənistana xüsusi qrup göndərilir” | Kaya Kallas

“Paşinyanı qorumaq üçün Ermənistana xüsusi qrup göndərilir” | Kaya Kallas

Dünya
17 mart 2026 276 baxış
Oğlu və həyat yoldaşı həlak olan Müctəba Xamenei necə sağ qaldı? - Baku TV CANLI

Oğlu və həyat yoldaşı həlak olan Müctəba Xamenei necə sağ qaldı? - Baku TV CANLI

Dünya
17 mart 2026 276 baxış
Seçilmişlər
icon