Vyetnamdan ölüm cəzası ilə bağlı mühüm qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Vyetnam hökuməti narkotik alveri və yetkinlik yaşına çatmayanların zorlanması da daxil olmaqla, altı növ cinayətə görə ölüm cəzasının ləğv edilməsini təklif edib.
Bu, Cinayət Məcəlləsinə yenidən baxılması çərçivəsində hazırlanıb və yeni qanun layihəsi Milli Assambleyaya təqdim olunub.
Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuang bildirib ki, dəyişikliklərin qəbulundan sonra ölkədə ölüm cəzası yalnız dövlətə xəyanət, qəsdən adam öldürmə, terrorçuluq və narkotik maddələrin istehsalına görə tətbiq ediləcək.
2025-ci ildə bu siyahıdan səkkiz cinayət çıxarılıb. Onların arasında mənimsəmə və hökuməti devirməyə yönəlmiş fəaliyyət də olub.
Vyetnamın Cinayət Məcəlləsinə təklif olunan digər dəyişikliklər insan hüquqları təşkilatlarının narahatlığına səbəb olur. Xüsusilə “dövlətin maraqlarını pozan” və “Vyetnam Kommunist Partiyasına qarşı yönəlmiş” əməllərə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.
Milli Assambleya Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikləri yaxın vaxtlarda müzakirə edəcək. Qanun layihəsinin oktyabrda başlayacaq parlamentin növbəti sessiyasında səsverməyə çıxarılması mümkündür. Dəyişikliklər parlament tərəfindən təsdiqlənərsə, yeni Cinayət Məcəlləsi 2027-ci ilin martında qüvvəyə minəcək.
#Vyetnam teqi istifadə olunub
- Nqeanda günəbaxan tarlaları turistlərin sevimli məkanına çevrilib
- Vyetnamda su basmış əkin sahələrində ənənəvi məşğuliyyət Nilüfər mövsümü ilə canlanıb
- İlham Əliyev Vyetnamın Vitse-prezidentini qəbul edib - Baku TV
- 500 ev dağıldı, 140-a yaxın ailə ərazidən təcili çıxarıldı | Vyetnamda dəhşət - Baku TV CANLI
- Trampın layihəsi üçün qəbiristanlıq köçürülür, sakinlər narazılıq edir
