Xarici dizaynında eksklüziv detallarla fərqlənən avtomobil
Yeniliklərdən dərhal xəbərdar olun
"RM Sotheby's" hərrac evi Yaponiyada yeganə olan "Alfa Romeo Disco Volante" kupesini satışa çıxaracaq.
"Carrozzeria Touring" atelyesi ilə birgə hazırlanmış bu avtomobillərdən cəmi on ədəd istehsal edilib. Lakin yaponiyalı müştəri üçün yaradılan bu model xarici dizaynında eksklüziv detallarla fərqlənir. Hərracdakı qiymət gözləntiləri açıqlanmır.
Qeyd edək ki, "Disco Volante" layihəsi 2010-cu illərin əvvəllərində 1950-ci illərin eyni adlı orijinal "Alfa Romeo" modelinə ehtiram əlaməti olaraq təqdim edilib. Müasir versiyanın əsasını "8C Competizione" superkarı təşkil edir. O öz dizaynı ilə ideoloji sələfinin xarici görünüşünü xatırladır.
Kupeyə 450 at gücü olan 4,7 litrlik V8 quraşdırılıb ki, bu da avtomobilin saatda 100 kilometr sürətə 4,2 saniyəyə çatmasını təmin edir.
#Yaponiya teqi istifadə olunub
- Yaponiyanın xəttatlıq ənənəsi UNESCO-nun siyahısına salına bilər
- Rəqabət güclənir: ABŞ, Yaponiya və Cənubi Koreya Çinə qarşı birləşir? - Baku TV CANLI
- Yaponiyada qadınlar kişilərə nisbətən daha uzunömürlüdürlər
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
