Pleyeri seçin:

Xərçəngə qarşı yeni nəsil peyvənd hazırlandı

11 iyun 2026 382 baxış

Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq çərçivəsində xərçəngə qarşı yeni nəsil “mRNA” peyvəndi hazırlanıb.

Tədqiqatın məqsədi genetik risk daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçənginin qarşısını almaqdır.

Bildirilib ki, COVID-19 peyvəndlərində də istifadə olunan “mRNA” texnologiyası bu dəfə xərçəngin profilaktikasına yönəldilib və ilk klinik sınaqlara bu yay başlanması planlaşdırılır.

Peyvənd, əsasən, irsi “Lynch syndrome” daşıyıcılarını hədəf alır. Bu genetik vəziyyət DNT-nin bərpasına cavabdeh genlərdəki pozğunluqlarla bağlıdır və bağırsaq, yumurtalıq, uşaqlıq və digər xərçəng növlərinin riskini ciddi şəkildə artırır.

Məlumata görə, bu sindromu daşıyan bir çox insan vəziyyətindən xəbərsizdir və risk qrupunda olanların sayı minlərlədir.

Alimlərin açıqlamalarına görə, “mRNA” əsaslı peyvənd bədənə birbaşa virus vermir, əksinə, immun sisteminə “genetik təlimat” göndərərək, onu anormal hüceyrələri tanımağa və məhv etməyə yönləndirir. Bu mexanizm sayəsində immun sisteminin xərçəngə çevrilə biləcək hüceyrə dəyişikliklərini erkən mərhələdə aşkar etməsi hədəflənir. İlk mərhələdə peyvəndin təhlükəsizliyi və optimal dozası sınaqdan keçiriləcək. İkinci mərhələnin isə 2027-ci ildə genişləndirilməsi nəzərdə tutulur.

Bildirilir ki, uğurlu nəticələr əldə olunarsa, bu yanaşma gələcəkdə digər xərçəng növlərinə qarşı peyvəndlərin hazırlanmasına da yol aça bilər.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 382 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 382 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 382 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 382 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 382 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 382 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 382 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 382 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 382 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 382 baxış
Seçilmişlər
icon