Pleyeri seçin:

Yanvarın 31-nə qədər... | Gürcüstanda hərbi xidmətə çağırışla bağlı yeni qaydalar

06 yanvar 2025 298 baxış

Yanvarın 1-dən Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib.

Artıq çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcəklər.

Hərbi xidmətə çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.

Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər.

Bildirilir ki, döyüş bölməsində xidmət 6 ay, mühafizə və təminat bölmələrində xidmət 8 ay, kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə xidmət isə 11 ay olacaq.

Hərbi xidmətə çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, döyüş bölməsində xidmətə çağırış aprelin 15-dən başlayacaq.

Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə – martın 15-də, iyunun 1-də, avqustun 15-də və noyabrın 1-də həyata keçiriləcək. Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq. Yeni qaydalara əsasən, çağırışçılar əvvəlki iş yerlərini saxlayacaqlar, dövlət qurumunda çalışırlarsa, maaşlarını alacaqlar, xidmət yerində isə onlara istirahət günü veriləcək, həmçinin ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı yaradılacaq.

Qaydalara görə, hərbi xidmətdən bir dəfə möhlət almaq olar, bu 5 min lariyə, yəni 2 min dollara başa gələcək.

Eyni zamanda layihə çərçivəsində bütün dini konfessiyaların xidmətçiləri alternativ xidmət keçəcəklər.

Tələbələr istəsələr, özlərinə uyğun variantı seçərək ildə bir dəfə bir ay və ya fasiləsiz zabit rütbəsi almaq üçün intensiv kurs keçə bilərlər. Tələbələr öz istəklərinə uyğun variant seçə bilərlər.

Yəni onlar ya ildə bir dəfə 1 ay müddətinə kurs keçə bilərlər, ya da bu kursu təhsildən ayrılmadan keçə biləcəklər.

ABŞ-Fransa gərginliyi | ”Fransa Prezidenti sülh şurasına qoşulmaq təklifini rədd edəcək” - Baku TV

ABŞ-Fransa gərginliyi | ”Fransa Prezidenti sülh şurasına qoşulmaq təklifini rədd edəcək” - Baku TV

Dünya
20 yanvar 2026 298 baxış
İran-ABŞ münasibətlərində gərginlik daha da artıb - 24 SAAT

İran-ABŞ münasibətlərində gərginlik daha da artıb - 24 SAAT

Dünya
20 yanvar 2026 298 baxış
Əhməd əl-Şaraa-dan kürdlərlə bağlı addım - Baku TV

Əhməd əl-Şaraa-dan kürdlərlə bağlı addım - Baku TV

Dünya
20 yanvar 2026 298 baxış
İranda həyat gün keçdikcə çətinləşir | Sakinlər nələri açıqladı? - Baku TV

İranda həyat gün keçdikcə çətinləşir | Sakinlər nələri açıqladı? - Baku TV

Dünya
20 yanvar 2026 298 baxış
Orban Macarıstanı müharibədən kənarda saxlamağa çalışır | Macarıstan rəsmisi - Baku TV

Orban Macarıstanı müharibədən kənarda saxlamağa çalışır | Macarıstan rəsmisi - Baku TV

Dünya
20 yanvar 2026 298 baxış
Rusiyanın taktiki dronları vuruldu

Rusiyanın taktiki dronları vuruldu

Dünya
19 yanvar 2026 298 baxış
Hər kəs dəvətlidir, hamı narazıdır, giriş haqqı 1 milyard dollar

Hər kəs dəvətlidir, hamı narazıdır, giriş haqqı 1 milyard dollar

Dünya
19 yanvar 2026 298 baxış
Qırğızıstanda aliment ödəməyənlər həbs olunacaq

Qırğızıstanda aliment ödəməyənlər həbs olunacaq

Dünya
19 yanvar 2026 298 baxış
Ermənistan Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddən çıxarmağı planlaşdırır

Ermənistan Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddən çıxarmağı planlaşdırır

Dünya
19 yanvar 2026 298 baxış
"Orban Macarıstanı müharibədən kənarda saxlamağa çalışır" | Macarıstan rəsmisi

"Orban Macarıstanı müharibədən kənarda saxlamağa çalışır" | Macarıstan rəsmisi

Dünya
19 yanvar 2026 298 baxış
Seçilmişlər
icon