Pleyeri seçin:

Yaponiya ilə Çin arasında gərginlik artır

25 noyabr 2025 222 baxış

"Çinin faktlarla ziddiyət təşkil edən iddiaları qəbuledilməzdir. Yaponiya hökuməti öz mövqeyinə sadiq qalaraq bu iddiaları qətiyyətlə təkzib etməlidir. Yaponiyanın BMT-dəki daimi nümayəndəsi mövqeyimiz əks olunan məktubu təşkilatın Baş katibi Antonio Quterreşə göndərib. Biz problem və təhdidləri minimuma endirmək, əməkdaşlıq etmək istəyirik. Situasiyanı diqqətdə saxlayaraq müvafiq qərarlar verəcəyik. Yaponiya Çinlə müxtəlif formalı dialoqlara açıqdır".

Bu sözləri Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kixara deyib.

Qeyd edək ki, Minoru Kixaranın bəhs etdiyi məktub Çinin oxşar addımına cavab olaraq hazırlanıb. Çünki Pekin BMT-yə ünvanladığı məktubda Yaponiyanın Baş naziri Sanae Takaiçinin çıxışını Tayvana hərbi müdaxilə cəhdi kimi təsvir edib.

Xatırladaq ki, Yaponiyanın ilk qadın Baş naziri Çinin Tayvana hücum edəcəyi təqdirdə Tokionun sərt reaksiyası ilə üzləşəcəyini bildirib.

Bu arada, Sanae Takaiçi Çinlə gərginlik fonunda ABŞ Prezidenti Donald Trampa zəng vurub.

"Trampın Yaponiyaya son səfərindən sonra yaranmış beynəlxalq vəziyyətə görə, ABŞ ilə sıx əməkdaşlığın aparılacağı dəqiqləşib. Prezident Tramp mənə dedi ki, yaxın dostuq və ona istənilən vaxt zəng edə bilərəm. Bizim danışıqların təfərrüatı diplomatik sirr olduğu üçün bu barədə susmağa üstünlük verirəm", ‒ Sanae Takaiçi vurğulayıb.

Həmçinin bildirək ki, Çinlə diplomatik münaqişədən sonra Yaponiyanın Baş naziri ABŞ Prezidenti ilə ilk dəfə telefonla danışıb. Əsas müzakirə mövzusu isə Çinin Tayvan ətrafında yarada biləcəyi təhdidlər olub.

Təl-Əvivin cənubunda rabitə mərkəzi məhv edilib

Təl-Əvivin cənubunda rabitə mərkəzi məhv edilib

Dünya
10 mart 2026 222 baxış
İsrail Ordusu Beyruta zərbələr endirdi | Ölənlər var - 24 SAAT

İsrail Ordusu Beyruta zərbələr endirdi | Ölənlər var - 24 SAAT

Dünya
10 mart 2026 222 baxış
Yaxın Şərqdəki vəziyyət və Qara dənizin təhlükəsizliyi müzakirə olunub

Yaxın Şərqdəki vəziyyət və Qara dənizin təhlükəsizliyi müzakirə olunub

Dünya
10 mart 2026 222 baxış
Müctəba Xamenei nüvə proqramından imtina etməsə... | ABŞ şans tanımaq istəmir - Baku TV

Müctəba Xamenei nüvə proqramından imtina etməsə... | ABŞ şans tanımaq istəmir - Baku TV

Dünya
10 mart 2026 222 baxış
200 milyon avro həcmində zəmanət yaradılır

200 milyon avro həcmində zəmanət yaradılır

Dünya
10 mart 2026 222 baxış
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib - ANA XƏBƏR

Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib - ANA XƏBƏR

Dünya
10 mart 2026 222 baxış
Den Keyn: “İranlılara hörmət edirəm”

Den Keyn: “İranlılara hörmət edirəm”

Dünya
10 mart 2026 222 baxış
“İran xalqı zülmdən qurtulacaq” | İran və ABŞ-İsrail gərginliyi pik həddə - Baku TV

“İran xalqı zülmdən qurtulacaq” | İran və ABŞ-İsrail gərginliyi pik həddə - Baku TV

Dünya
10 mart 2026 222 baxış
Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə nələrdən danışdı? - Baku TV CANLI

Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə nələrdən danışdı? - Baku TV CANLI

Dünya
10 mart 2026 222 baxış
ABŞ ilə əməkdaşlıq kimləri “qara qızıl”dan məhrum edəcək?

ABŞ ilə əməkdaşlıq kimləri “qara qızıl”dan məhrum edəcək?

Dünya
10 mart 2026 222 baxış
Seçilmişlər
icon