SOCAR Yaponiyanın bu şirkəti ilə əməkdaşlığa başlayır - Baku TV
Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiyanın "Yokogawa Electric Corporation" şirkəti arasında potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
İmzalanma SOCAR-ın vitse-prezidentləri Anar Məmmədovun və Babək Hüseynovun iştirakı ilə "Yokogawa Europe B.V." şirkətinin prezidenti, "Yokogawa Electric Corporation"ın vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara ilə keçirilən görüş çərçivəsində baş tutub.
Görüşdə ötən ilin sentyabrında Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası çərçivəsində əldə olunan razılaşmaların icrası istiqamətində atılan addımlar məmnunluqla qeyd olunub.
Söhbət zamanı tərəflər SOCAR-la "Yokogawa Europe B.V." şirkəti arasında enerji sahəsində qarşılıqlı maraq doğuran istiqamətləri nəzərdən keçirib, o cümlədən "downstream" və "upstream" sahələrində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
#SOCAR teqi istifadə olunub
- SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV
- Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV
- SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV
- Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV
- Süni intellekt əsaslı həllər istehsalın və təbii qazdan istifadənin səmərəliliyini artırıb - Baku TV
