Yaxın Şərqlə bağlı müzakirələr aparılıb
Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Narendra Modi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Məsud Pezeşkianla Qərbi Asiyadakı son hadisələr barədə danışdım", – deyə o bildirib.
Söhbət zamanı ABŞ və İran arasında danışıqlar prosesində əldə olunan irəliləyişlər yüksək qiymətləndirilib.
"Danışıqlarda əldə edilən irəliləyişi məmnunluqla qarşıladım və davam edən səylərin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiyimi bildirdim. Hörmüz boğazında naviqasiya azadlığının Hindistan və dünya üçün əhəmiyyətini bir daha vurğuladım", – deyə Baş nazir qeyd edib.
Qeyd ki, İran Hörmüz boğazında sərbəst gəmiçiliyinin təminatı üçün gələcəkdə əlavə rüsumlar tələb edir və bu su yolunun ödənişli olması üçün Omandan da Tehrana həmrəylik ifadə olunub. Beynəlxalq Dəniz Təşkilatı isə Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılmasını mümkün sayır.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
