Zelenski məmurların “çağırışlara uyğunluğu”nu yoxlamağı tapşırıb
Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı nazirlərin "çağırışlara uyğunluğu"nu qiymətləndirməyi tapşırıb.
Zelenski bu barədə "Telegram" kanalındakı axşam müraciətində danışıb.
"Hazırkı nazirlər elə qiymətləndirilməlidir ki, tam aydın nəticə çıxarılsın – mövcud məmurlar həm bu qışın, həm də bu müharibənin çağırışlarına cavab verirlərmi?", – deyə Ukrayna lideri bildirib.
Bundan əlavə, o, energetika və ədliyyə naziri vəzifələrinə namizədləri, həmçinin 2026-cı il dövlət büdcəsinin qəbulunu gözlədiyini vurğulayıb.
Daha əvvəl Volodimir Zelenski Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefasını qəbul edib. Bununla yanaşı, Ukrayna lideri öz administrasiyasının tam yenilənəcəyini elan edib. O, noyabrın 29-da Prezident Administrasiyasına rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağını bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna Prezidentindən sülhlə bağlı açıqlama
- Türkiyə-Ermənistan sərhədi açılacaq? | Hərbçilərimiz təlimdə | Paşinyan od püskürdü - YENİ BİR SƏHƏR
- “Zelenskinin tapşırıqlarını yerinə yetirməyi o qadağan edib” | Mendel
- Zelenskidən müharibə ilə bağlı mühüm açıqlamalar
- Uitkoff və Kuşner Ukrayna lideri ilə görüşəcək?
