Pleyeri seçin:

Zelenski müharibə ilə bağlı açıqlama verdi - Baku TV

01 iyun 2026 34 baxış

“Rusiya döyüş meydanında təşəbbüsü itirməyə davam edir və buna görə də müharibənin diplomatik həlli üçün fürsət yaranıb”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

Zelenskinin sözlərinə görə, 2025-ci ilin dekabrından etibarən Rusiya döyüş meydanında təşəbbüsü itirməyə başlayıb. O qeyd edib ki, 2026-cı ilin yanvar ayında amerikalı tərəfdaşlarına danışıqlar üçün bir pəncərə olduğunu deyib, çünki ruslar hər ay getdikcə daha çox hərbçi itirəcəklər.

Zelenski onu da vurğulayıb ki, hazırda Rusiya bir ay ərzində Ukrayna qoşunlarının azad etdiyindən daha çox ərazini işğal edə bilməz.

“Buna görə də inanıram ki, gələn qışa qədər diplomatik bir həll yolu tapmalıyıq – oturub danışmalıyıq. Lakin bu, Putinə öz cəmiyyətinin daxili təzyiqindən, eləcə də ABŞ və Avropanın təzyiqindən asılıdır”, – deyə Zelenski əlavə edib.

Ukrayna lideri CBS telekanalına müsahibəsində isə deyib ki, nə ABŞ Konqresi, nə də Ağ Ev onun Kiyevə hava hücumundan müdafiə sistemləri üçün sursat tədarükünün artırılması xahişi ilə bağlı məktubuna cavab verib.

Daha əvvəl Zelenski amerikalı həmkarı Donald Trampa və ABŞ Konqresinə məktub yazaraq Ukrayna Silahlı Qüvvələrində artan sursat çatışmazlığı səbəbindən HHM komplekslərinin və onlar üçün raketlərin tədarükünün artırılmasını xahiş etmişdi.

“Mən Ağ Evə və ABŞ Konqresinə məktub göndərdim və ümid edirəm ki, onlar başa düşəcək və cavab verəcəklər”, – deyə Ukrayna lideri bildirib.

Vuçiç Serbiya xalqının Tramp sevgisindən danışdı

Vuçiç Serbiya xalqının Tramp sevgisindən danışdı

Dünya
01 iyun 2026 34 baxış
Əraqçi İsrailə görə ABŞ-yə xəbərdarlıq etdi - Baku TV CANLI

Əraqçi İsrailə görə ABŞ-yə xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
01 iyun 2026 34 baxış
Netanyahu İsrail Ordusuna hücum əmri verdi - Baku TV CANLI

Netanyahu İsrail Ordusuna hücum əmri verdi - Baku TV CANLI

Dünya
01 iyun 2026 34 baxış
Bu güllər yemək üçündür | 14 gün müddətində...

Bu güllər yemək üçündür | 14 gün müddətində...

Dünya
01 iyun 2026 34 baxış
İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı

İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı

Dünya
01 iyun 2026 34 baxış
Təbii fəlakət bu ölkədə həyatı dayandırdı - Baku TV

Təbii fəlakət bu ölkədə həyatı dayandırdı - Baku TV

Dünya
01 iyun 2026 34 baxış
40 min şüşə nadir şərab hərraca çıxarılır

40 min şüşə nadir şərab hərraca çıxarılır

Dünya
01 iyun 2026 34 baxış
ABŞ-nin İrana təzyiqi öz nəticəsini verir? | Trampdan açıqlama - Baku TV

ABŞ-nin İrana təzyiqi öz nəticəsini verir? | Trampdan açıqlama - Baku TV

Dünya
01 iyun 2026 34 baxış
Rusiya Ordusundan Ukraynaya PUA hücumu

Rusiya Ordusundan Ukraynaya PUA hücumu

Dünya
01 iyun 2026 34 baxış
İran yeraltı raket bazalarına girişi bərpa edir

İran yeraltı raket bazalarına girişi bərpa edir

Dünya
01 iyun 2026 34 baxış
Seçilmişlər
icon