Pleyeri seçin:

Zelenski Rusiya aviasiyasına qarşı keçirilən uğurlu əməliyyatdan danışdı

02 iyun 2025 763 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” hesabında ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukla görüşünü əks etdirən fotoşəkil paylaşaraq keçirilən uğurlu əməliyyata görə ona təşəkkür edib.

Zelenski Rusiya aviasiyasının kütləvi məhv edilməsini, müharibə zamanı ölkənin ən uzunmənzilli əməliyyatı adlandırıb. O həmçinin Malyuka əməliyyatın açıqlana biləcək təfərrüatları və nəticələri barədə ictimaiyyətə məlumat verilməsini tapşırıb.

Zelenskinin sözlərinə görə, planlaşdırmanın əvvəlindən əməliyyatın effektiv həyata keçirilməsinə qədər bir il, altı ay və doqquz gün keçib.

“Əlbəttə, indi hər şeyi deyə bilmərik, amma bunlar Ukraynanın uğurlarıdır. Onlar mütləq tarix kitablarında qalacaq. Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır. Biz hər şeyi edirik ki, Rusiya bu müharibəni bitirmək ehtiyacını hiss etsin. Rusiya bu müharibəni başlatdı və Rusiya buna son qoymalıdır”, ‒ ukraynalı lider bildirib.

Qeyd edək ki, Ukrayna Ordusu Rusiyanın aviasiya infrastrukturuna qarşı “Hörümçək” adlı xüsusi genişmiqyaslı əməliyyat həyata keçirib. Ölkə mətbuatınının verdiyi məlumata görə, nəticədə 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib.

Banner
ABŞ İran ərazisində raket buraxılış məntəqəsini hədəfə alıb - Baku TV CANLI

ABŞ İran ərazisində raket buraxılış məntəqəsini hədəfə alıb - Baku TV CANLI

Dünya
18 noyabr 2026 763 baxış
Krım körpüsü niyə məhz Putin, Tramp və Si Cinpinin görüşü ərəfəsində vuruldu? - Baku TV

Krım körpüsü niyə məhz Putin, Tramp və Si Cinpinin görüşü ərəfəsində vuruldu? - Baku TV

Dünya
18 noyabr 2026 763 baxış
Ukraynanın mülki infrastrukturuna qarşı hücumlar davam edir - Baku TV CANLI

Ukraynanın mülki infrastrukturuna qarşı hücumlar davam edir - Baku TV CANLI

Dünya
18 noyabr 2026 763 baxış
Bu şəhərdə tələbələr kirayəni belə ödəyir | “Oktoberfest”də ofisiantlar nə qədər qazanır?

Bu şəhərdə tələbələr kirayəni belə ödəyir | “Oktoberfest”də ofisiantlar nə qədər qazanır?

Dünya
18 noyabr 2026 763 baxış
Türkiyə xarici investorlar üçün yaşama icazəsi qaydalarını dəyişib - ƏSAS XƏBƏR

Türkiyə xarici investorlar üçün yaşama icazəsi qaydalarını dəyişib - ƏSAS XƏBƏR

Dünya
18 noyabr 2026 763 baxış
Pekin diplomatiyası: Putin və Si görüşü, ardınca üçlü format

Pekin diplomatiyası: Putin və Si görüşü, ardınca üçlü format

Dünya
18 noyabr 2026 763 baxış
Üçlü görüş ərəfəsində ABŞ-Çin texnoloji savaşı qızışır?

Üçlü görüş ərəfəsində ABŞ-Çin texnoloji savaşı qızışır?

Dünya
18 noyabr 2026 763 baxış
Tramp, Putin və Si Cinpin dünyadakı gərginliyi azalda biləcək? - Baku TV CANLI

Tramp, Putin və Si Cinpin dünyadakı gərginliyi azalda biləcək? - Baku TV CANLI

Dünya
18 noyabr 2026 763 baxış
Putin, Si və Tramp görüşü | Şençjendə tarixi razılıq, yoxsa fikir ayrılığı gözlənilir? - Baku TV

Putin, Si və Tramp görüşü | Şençjendə tarixi razılıq, yoxsa fikir ayrılığı gözlənilir? - Baku TV

Dünya
18 noyabr 2026 763 baxış
Körpüyə hücum Rusiyanın nəqliyyat əlaqəsinə necə təsir edəcək? - Baku TV CANLI

Körpüyə hücum Rusiyanın nəqliyyat əlaqəsinə necə təsir edəcək? - Baku TV CANLI

Dünya
18 noyabr 2026 763 baxış
Seçilmişlər
icon