Pleyeri seçin:

Zelenski Türkiyədən Azov döyüşçüləri ilə qayıdıb

09 iyul 2023 273 baxış

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad edildikdən sonra Türkiyədən Ukraynaya qayıdıblar.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

“Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”, – deyə dövlət başçısı yazıb.

Rəsmi Moskva isə bunu mövcud razılaşmaların şərtlərinin pozulması kimi dəyərləndirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “Azov” döyüşçülərinin Türkiyədən Ukraynaya qayıtması mövcud müqavilələrin şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtlər həm Ukrayna, həm də Türkiyə tərəfindən pozulub.

D.Peskov bildirib ki, razılaşmaya əsasən, bu şəxslər münaqişə bitənə qədər Türkiyədə qalmalı idilər. O həmçinin qeyd edib ki, azovçuların təhvil verilməsi ilə bağlı Rusiyaya heç kim məlumat verməyib.

Kreml rəsmisi eyni zamanda vurğulayıb ki, Türkiyə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatında uğursuzluqları fonunda, eləcə də NATO-nun Vilnüs sammiti ərəfəsində bu addımı atmağa məcbur olub. “Ankara da öz növbəsində alyans üzvləri ilə həmrəylik nümayiş etdirir. Rusiya bunu çox yaxşı başa düşür”, – deyə D.Peskov əlavə edib.

Xatırladaq ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb. Şəhərin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub.

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 273 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 273 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 273 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 273 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 273 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 273 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 273 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 273 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 273 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 273 baxış
Seçilmişlər
icon