Zelenskidən müharibə barədə sensasiyalı açıqlamalar - Baku TV
"Ukraynalılar sülh istəyirlər, lakin əhalinin əksəriyyəti bunu Donbasın hesabına istəmir".
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, ukraynalılar müharibədən yorulublar, lakin milli təhlükəsizliyə təhdid yaradan kompromisə getməyə hazır deyillər:
"İnsanlar sülh istəyir. Tramp dedi ki, sorğuların nəticələrini görüb, onlara görə 85% və ya hətta 87% sülh istəyir. Bu bizim həyatımızdır. 87% sülhü dəstəkləyir. Eyni zamanda 85% Donbasdan çıxışa qarşıdır. Bu isə o deməkdir ki, hamı sülh istəyir, amma ədalətli sülh".
Ukrayna Prezidenti əlavə edib ki, Donbasdan çıxmaq ən pis ssenaridir və danışıqlarda bütün tərəflər bunu başa düşməlidir.
Onun sözlərinə görə, bu addım Ukrayna üçün ciddi risk yaradır və ölkə vətəndaşları tərəfindən qəbuledilməz olacaq.
#Volodimir Zelenski teqi istifadə olunub
- Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib | Sülh planı 90% razılaşdırılıb - YENİ BİR SƏHƏR
- Tramp Zelenski görüşündə nə qərar verildi? | Donbasla bağlı gizli plan - 24 SAAT
- ABŞ üçün azad iqtisadi, yoxsa işğal zonası | Donbasla bağlı hansı qərar veriləcək? - Baku TV
- Son sözü yenə Putin dedi, Tramp da dəstəklədi
- Trampdan Ukrayna ilə bağlı açıqlama
