Pleyeri seçin:

Zelenskidən Rusiya ilə bağlı açıqlama | Müharibənin nəticəsini nə həll edəcək? - Baku TV

07 iyul 2026 44 baxış

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici mərhələsi qurudan və dənizdən havaya keçib. Məhz “səmada döyüş” onun nəticəsini müəyyən edəcək”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində deyib.

O əlavə edib ki, Ukrayna artıq quruda Rusiya qoşunlarına mane ola və onları Qara dənizin böyük hissəsindən sıxışdırıb çıxara bilib, buna görə də məhz hava məkanı həlledici olub.

“Bu qarşıdurmada kimin ərazisinin daha böyük olmasının artıq qat-qat az əhəmiyyəti var. Biz hava məkanına keçmişik. Havada isə biz artıq rəqabətədavamlıyıq”, – deyə Zelenski əlavə edib.

O, buna misal olaraq Ukraynanın uzaqmənzilli PUA istehsal etmək və tətbiq etmək qabiliyyətini göstərib, çünki bu, müharibənin gedişini dəyişib.

"Rusiyanın dərinliklərindəki hərbi və enerji obyektlərinə zərbələr endirməyə imkan verib”, – deyə o vurğulayıb.

Zelenski Ukrayna üçün kritik zəifliyə də diqqət çəkib. “Bu, hava hücumundan müdafiədir. Hərbi qüvvələrimiz öz fədakarlığı ilə Rusiyanı quruda dayandırıb. Cəbhə sabit olduqda, düşmən isə dənizdə sərbəst hərəkət edə bilmədikdə, geriyə yalnız hava qalır”, – deyə o bildirib.

Zelenski Ukraynanın Rusiyaya qalib gəlməsi üçün tərəfdaşların maliyyə dəstəyini davam etdirməli olduğunu qabardıb.

“Əsgərlər isə ərazini qoruyub saxlamalıdırlar ki, rusların hər kilometr irəliləyişi onlara onminlərlə insan bahasına başa gəlsin”, – deyə o əlavə edib.

Ankara sammitinin pərdəarxası: NATO-nun yeni liderləri müəyyənləşdi? - AKTUAL GÜNDƏM

Ankara sammitinin pərdəarxası: NATO-nun yeni liderləri müəyyənləşdi? - AKTUAL GÜNDƏM

Dünya
08 iyul 2026 44 baxış
"Türkiyəni hədəf alan raketlərə qarşı..." | Ərdoğan Trampın mövqeyini təqdir etdi - Baku TV

"Türkiyəni hədəf alan raketlərə qarşı..." | Ərdoğan Trampın mövqeyini təqdir etdi - Baku TV

Dünya
08 iyul 2026 44 baxış
Kremldən Baltikyanı ölkələrə son xəbərdarlıq | Peskovdan sərt təhdid - ANA XƏBƏR

Kremldən Baltikyanı ölkələrə son xəbərdarlıq | Peskovdan sərt təhdid - ANA XƏBƏR

Dünya
08 iyul 2026 44 baxış
"Ağıl və məntiqlə hərəkət edin" | Ərdoğan müdafiə sənayesindəki çatışmazlıqları vurğuladı - Baku TV

"Ağıl və məntiqlə hərəkət edin" | Ərdoğan müdafiə sənayesindəki çatışmazlıqları vurğuladı - Baku TV

Dünya
08 iyul 2026 44 baxış
“Atəşkəs qüvvədə olduğu halda İran onu pozur” | Rutte

“Atəşkəs qüvvədə olduğu halda İran onu pozur” | Rutte

Dünya
08 iyul 2026 44 baxış
Ankarada kritik toplantı | NATO ölkələrinin liderləri hansı mesajları verir? - Baku TV

Ankarada kritik toplantı | NATO ölkələrinin liderləri hansı mesajları verir? - Baku TV

Dünya
08 iyul 2026 44 baxış
Mark Rutte Ankaradakı sammitdə İranla bağlı nələri açıqladı? - Baku TV CANLI

Mark Rutte Ankaradakı sammitdə İranla bağlı nələri açıqladı? - Baku TV CANLI

Dünya
08 iyul 2026 44 baxış
NATO-nun təhlükəsizlik gündəliyi: Ukrayna, İran və Yaxın Şərqdə nələr dəyişəcək? - AKTUAL GÜNDƏM

NATO-nun təhlükəsizlik gündəliyi: Ukrayna, İran və Yaxın Şərqdə nələr dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
08 iyul 2026 44 baxış
Kiyevə 100 milyon dollarlıq yardım ayrıldı

Kiyevə 100 milyon dollarlıq yardım ayrıldı

Dünya
08 iyul 2026 44 baxış
Trampın Ankaradakı sərt çıxışı gündəmi silkələdi | “Onlarla danışmaq lazım deyil!” - Baku TV

Trampın Ankaradakı sərt çıxışı gündəmi silkələdi | “Onlarla danışmaq lazım deyil!” - Baku TV

Dünya
08 iyul 2026 44 baxış
Seçilmişlər
icon