Pleyeri seçin:

Zelenskidən Trampa sərt təpki: "O zaman imkan verməyəcəyəm ki..."

19 fevral 2026 55 baxış

İki aylıq atəşkəs elan olunarsa, o zaman nəzəri olaraq Ukraynada seçkilər keçirilə bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Düşünürəm ki, tərəfdaşlarımız bir suala cavab verməlidirlər: onlar nə istəyirlər? Onlar əsl seçkilər istəyirlər, yoxsa sadəcə, məni əvəz etmək istəyirlər? Düşünürəm ki, ruslar, sadəcə, məni əvəz etmək istəyirlər. Bunun mədəni bir yolu var, o da seçki yoludur”, – deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, Vaşinqton Ukraynada sülhü bərqərar edə bilsə, ABŞ-nin seçkilərin keçirilməsi ilə bağlı bəzi təkliflərini bloklamayacaq.

“Əgər seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəs əldə etsək, parlamentlə danışmaq və onları müharibə zamanı seçkilərin keçirilməsini dəstəkləmədiklərini, hətta xalqın belə dəstəkləmədiyini başa düşmələri üçün əlimdən gələni edəcəyəm. Hətta iki aylıq atəşkəs əldə etsəniz belə, bu, müharibənin bitdiyi anlamına gəlmir”, – o deyib.

Zelenski vurğulayıb ki, buna nail olmaq üçün insanlar sülh referendumunda öz fikirlərini bildirməli və parlament mövcud qanunvericilikdə dəyişiklik etməlidir.

Rusiya ilə danışıqların növbəti raunduna gəldikdə Zelenski deyib ki, növbəti danışıqlar İsveçrədə olacaq.

“Düşünürəm ki, görüşün İsveçrədə keçirilməsi yaxşı haldır. Bu, çox vacibdir. Mən bunu həmişə Yaxın Şərqə və digər ölkələrə hörmətlə deyirəm, amma inanıram ki, Avropada müharibə olarsa, onun üçün yer burada axtarılmalıdır”, – o vurğulayıb.

Paris-Vaşinqton xəttində gərginlik

Paris-Vaşinqton xəttində gərginlik

Dünya
22 fevral 2026 55 baxış
Rusiya 418 min hərbçisini itirib?

Rusiya 418 min hərbçisini itirib?

Dünya
22 fevral 2026 55 baxış
Pekində qum fırtınası müşahidə edilir

Pekində qum fırtınası müşahidə edilir

Dünya
22 fevral 2026 55 baxış
Tullantı suları Potomak çayına axıb

Tullantı suları Potomak çayına axıb

Dünya
22 fevral 2026 55 baxış
Sabiq baş nazirdən Ukrayna ilə bağlı çağırış

Sabiq baş nazirdən Ukrayna ilə bağlı çağırış

Dünya
22 fevral 2026 55 baxış
ABŞ koalisiyası Suriyadakı hərbi bazasını tərk edir

ABŞ koalisiyası Suriyadakı hərbi bazasını tərk edir

Dünya
22 fevral 2026 55 baxış
Trampın "Amerikanı yenidən böyük etmək üçün uğurlu proses"i

Trampın "Amerikanı yenidən böyük etmək üçün uğurlu proses"i

Dünya
22 fevral 2026 55 baxış
"Hizbullah"ın qərargahları vuruldu

"Hizbullah"ın qərargahları vuruldu

Dünya
22 fevral 2026 55 baxış
Ukrayna sülhə mane olmayacaq | Volodimir Zelenski - Baku TV

Ukrayna sülhə mane olmayacaq | Volodimir Zelenski - Baku TV

Dünya
22 fevral 2026 55 baxış
İran danışıqlarda güzəştə gedəcək, yoxsa...? - Baku TV

İran danışıqlarda güzəştə gedəcək, yoxsa...? - Baku TV

Dünya
22 fevral 2026 55 baxış
Seçilmişlər
icon