Dünya
Pleyeri seçin:
Zurabişvili hakim partiyanı "gürcü kabusu" adlandırdı
Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını “gürcü kabusu” adlandırıb.
Ölkə başçısı bu barədə Fransa mətbuatına müsahibəsi zamanı deyib.
Bildirib ki, oktyabrda keçiriləcək parlament seçkiləri hakim “Gürcü Arzusu” partiyasından “qurtulmaq” baxımından həlledici olacaq. O, Gürcüstan üçün Avropa yoluna, azadlıq və müstəqilliyin möhkəmlənməsinə xidmət etməyən hər şeyin kabus olduğunu deyib.
Prezident Rusiyanın Gürcüstanla bağlı siyasətinin artıq fərqli olduğunu, təbliğat və öz qanununun qəbul edilməsi üçün rəsmilərə təzyiq göstərməklə rusiyalıların Gürcüstana kütləvi köçü kimi vasitələrdən istifadə yolu ilə “hibrid müharibə” strategiyasını mənimsədiyini deyib.
Kopyalandı
Seçilmişlər