Pleyeri seçin:

150 min manatlıq mübahisə | "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - Baku TV

07 aprel 2026 180 baxış

Şikayətçi Qurban Alqayev iddia edir ki, Çingiz Məmmədov adlı şəxs ona qarşı dələduzluq edib.

Onun sözlərinə görə, 2024-cü il mayın 1-də Xaçmaz rayonu, Nərimanov küçəsində yerləşən şadlıq evinin tikinti və fasad işlərini həyata keçiriblər. Ümumi dəyəri 150 min manat olan işlərin tam icra olunmasına baxmayaraq, bu günədək ödənişin edilmədiyi bildirilir.

Qurban Alqayev qeyd edib ki, dəfələrlə qarşı tərəflə əlaqə saxlamağa çalışsalar da, nəticə əldə olunmayıb.

“Xaçmaz rayonunda 150 min manatlıq iş görmüşük, lakin pulu verməkdən boyun qaçırırlar. Bu şəxs Çingiz Məmmədovdur. Hazırda dəfələrlə zəng etsək də, telefonumuza cavab vermir. İşçilərə və material aldığımız yerlərə borcumuz qalıb, ödəniş edə bilmirik.

Çingiz Məmmədova məxsus şadlıq evinin tikinti işlərini görmüşük. Bununla bağlı rəsmi müqavilə bağlanıb. Biz işimizi yekunlaşdırsaq da, ödənişlə bağlı boyun qaçırır. Dəfələrlə yaxınlaşmışıq, lakin bildirir ki, pulu Laçına, Əsədə verib, gedib onlardan ala bilərik. Həmin şəxslər isə onun yaxınlarıdır”, – deyə Qurban Alqayev əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, adları çəkilən hər iki şəxsin Xaçmaz Rayon Polis Şöbəsinə etdikləri müraciətlər əsasında istintaq araşdırmalarına başlanılıb.

Hazırda iş üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və müvafiq qərar qəbul olunacaq.

Qaya uçqunu 12 kəndlə əlaqəni kəsdi

Qaya uçqunu 12 kəndlə əlaqəni kəsdi

Hadisə
16 may 2026 180 baxış
Ağcabədidə güclü külək sakinlərə çətin anlar yaşatdı - 24 SAAT

Ağcabədidə güclü külək sakinlərə çətin anlar yaşatdı - 24 SAAT

Hadisə
16 may 2026 180 baxış
Məktəbdə şagirdlər arasında insident | Təhsil müəssisəsində nə baş verir? - ANA XƏBƏR

Məktəbdə şagirdlər arasında insident | Təhsil müəssisəsində nə baş verir? - ANA XƏBƏR

Hadisə
15 may 2026 180 baxış
"Bunları gizlədiblər" | Bakıda şok videonun yayıldığı məktəb | "Tez-tez edirlər..." - Baku TV

"Bunları gizlədiblər" | Bakıda şok videonun yayıldığı məktəb | "Tez-tez edirlər..." - Baku TV

Hadisə
15 may 2026 180 baxış
Azərbaycanlı gənclər Gürcüstanda ağır qəzaya düşdü - Baku TV CANLI

Azərbaycanlı gənclər Gürcüstanda ağır qəzaya düşdü - Baku TV CANLI

Hadisə
14 may 2026 180 baxış
Qorxunc hadisənin olduğu məktəb | "Onu pəncərədən atmaq istədi, həmin an..." - Baku TV

Qorxunc hadisənin olduğu məktəb | "Onu pəncərədən atmaq istədi, həmin an..." - Baku TV

Hadisə
14 may 2026 180 baxış
Gürcüstanda dəhşətə gətirən anlar | 7 azərbaycanlı gənc faciəvi şəkildə həlak oldu - Baku TV

Gürcüstanda dəhşətə gətirən anlar | 7 azərbaycanlı gənc faciəvi şəkildə həlak oldu - Baku TV

Hadisə
14 may 2026 180 baxış
Salyanda 4 ay əvvəl yoxa çıxmış 50 yaşlı kişinin müəmmalı ölümü - Baku TV

Salyanda 4 ay əvvəl yoxa çıxmış 50 yaşlı kişinin müəmmalı ölümü - Baku TV

Hadisə
14 may 2026 180 baxış
Hamama girən qadın dəhşət yaşadı | “Yaddaşı zəifdir, bağlayıb, sonra...” - Baku TV

Hamama girən qadın dəhşət yaşadı | “Yaddaşı zəifdir, bağlayıb, sonra...” - Baku TV

Hadisə
13 may 2026 180 baxış
Evlənmək üçün Türkiyədən gələn kişidən şok iddia: "20 gündür acam, pulumu alıb dedi ki..." - Baku TV

Evlənmək üçün Türkiyədən gələn kişidən şok iddia: "20 gündür acam, pulumu alıb dedi ki..." - Baku TV

Hadisə
13 may 2026 180 baxış
Seçilmişlər
icon