Pleyeri seçin:

16 yaşlı oğlan anası ilə birgə yaşadığı şəxsi öldürməkdə ittiham olunur - Baku TV

11 fevral 2026 312 baxış

Bakıda anasının qeyri-rəsmi yaşadığı şəxsı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Əli Səfərovun (şərti ad) cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutan sonuncu iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən yeniyetmənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Müşavirədən sonra hökm elan edilərək Əli Səfərov 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Ramana qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Emil Əliyevin öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Emil Əliyev qeyri-rəsmi nikah münasibətində olduğu qadının 16 yaşlı övladı tərəfindən bıçaq zərbələri vurulmaqla qətlə yetirilib.

Təqsirləndirilən azyaşlının məhkəmədə verdiyi sərbəst ifadələrindən məlum olub ki, hadisənin baş verməsinə səbəb mərhum Emil Əliyevin evdə spirtli içki qəbul etdikdən sonra onun anasına qarşı nalayiq ifadələr işlətməklə ona qarşı zor tətbiq etməsi olub. Anasına qarşı olan bu hərəkətlərdən hiddətlənən Əli mətbəxdən bıçağı götürərək Emil Əliyevə bir neçə zərbə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq ona müvafiq ittiham irəli sürülüb.

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 312 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 312 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 312 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 312 baxış
Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Hadisə
08 avqust 2026 312 baxış
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 312 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 312 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 312 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 312 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 312 baxış
Seçilmişlər
icon