Pleyeri seçin:

17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

17 iyun 2026 589 baxış

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

17 yaşlı Zəhra Mehdiyevanın idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Zəhra Mehdiyeva xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Zəhra Mehdiyeva tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızıdır.

Mərhumun atası hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

“Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı, bəlkə də, ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi. Çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi”, – Fərhad Mehdiyev deyib.

Faktla bağlı araşdırma aparılır.

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 589 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 589 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 589 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 589 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 589 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 589 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 589 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 589 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 589 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 589 baxış
Seçilmişlər
icon