Pleyeri seçin:
Abşeronda kanalda batan yeniyetmənin meyiti tapıldı
Abşeronda bədbəxt hadisə baş verib. Hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.
14 yaşlı Sübhan Mirzəyev Samur-Abşeron kanalının Ceyranbatan qəsəbəsindən keçən hissəsində çimərkən boğulub.
Belə ki, Sübhan Mirzəyev iyulun 24-də saat 5 radələrində dostları ilə suya girib. Bir müddət sonra yoldaşları sudan çıxsa da, Sübhan çıxmayıb. Onu axtaran və tapa bilməyən dostları dərhal ailəsinə xəbər veriblər.
Bir neçə saat çəkən axtarışlardan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Kopyalandı
#Ceyranbatan qəsəbəsi teqi istifadə olunub
- Yaşayış binasında dəhşətli yanğın | "Körpələr, qadınlar boğulub" - Baku TV
- "Hamısı dolur içəriyə, selin içində qalırıq” | Çətin vəziyyətdəki ailə nə istəyir? - Baku TV
- Ceyranbatan sakinlərini yolsuz qoyan kimlərdir? - Baku TV
- Bu qəsəbələrdə həyat kabusa dönüb | "Siqaret almağa gedəndə qorxuram ki..."
- Abşeronda karton istehsalı sexində qorxulu yanğın | FHN hadisə yerində
