"Hamısı dolur içəriyə, selin içində qalırıq” | Çətin vəziyyətdəki ailə nə istəyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 nömrəli tam orta məktəbin yaxınlığında məskunlaşan məcburi köçkün ailəsi ağır şəraitdə yaşadığını bildirir.
Baku TV-nin qaynar xəttinə müraciət edən ailənin sözlərinə görə, onlar 20 ildən artıqdır yararsız vəziyyətdə olan vaqonda yaşayırlar.
“Yağış yağanda sel suları evin içinə dolur, suyun içində qalırıq. İlan-qurbağanın əlindən evə girmək olmur. Yayda istidən nəfəs almaq, qışda isə soyuqdan burada qalmaq mümkün deyil”, – deyə ailə üzvü Gülizar Abdullayeva qeyd edib.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qurum ailənin vəziyyəti barədə məlumatlıdır.
Qeyd olunub ki, onların yeni mənzillərlə təminatı yalnız işğaldan azad edilmiş ərazilərdə həyata keçirilir. Həmin ərazilərdə evlərin tikintisi və bərpası təsdiqlənmiş qrafikə uyğun olaraq mərhələli şəkildə aparılır. Köçürülmə zamanı qəzalı və ağır şəraitli binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələrə üstünlük verilir.
Vurğulanıb ki, Laçın rayonunun Malıbəy kəndində bərpa işləri başa çatdıqdan sonra ailənin köçürülməsi məsələsinə qanunvericiliyə uyğun şəkildə baxılacaq. Eyni zamanda ailənin könüllü müraciəti əsasında onların Xocalı və ya Xocavənd rayonlarında bərpa olunan evlərə köçürülməsi məsələsi də nəzərdən keçirilə bilər.
#Abşeron teqi istifadə olunub
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
- Su çəkiləcəyini vəd edərək pul yığdı | Hökməli sakinləri dələduzluğun qurbanı oldular - Baku TV
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
