Adam oğurlayanlara DTX-dən basqın | Pakistan və hindistanlıların dəhşətli planı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib. Bu barədə DTX məlumat yayıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycana gəlməsinə nail olub, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb edib.
DTX-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılıb, Şeraz Muhammad Afzal Muhammad isə azad edilib.
Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV
- Cahid İsayev dövlət əleyhinə çağırışlar etməkdə ittiham olunub - Baku TV
- "AID Group"la bağlı qalmaqallı araşdırma yenidən gündəmdə | Yeni iddialar səsləndirilir - Baku TV
- DTX-dən xüsusi əməliyyat | Bu şəxs illərdir fərqli ölkələrdə görün necə gizlənirmiş - Baku TV
- Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi - Baku TV
