Pleyeri seçin:
Ağdam rayonunun Novruzlu kənd ərazisində mina partladı
Ağdamda mina partlayışı baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, aprelin 7-si Ağdamın Novruzlu kəndi ərazisində mina hadisəsi baş verib. Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Nəticədə texnika zədələnib, xəsarət alan yoxdur. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
Kopyalandı
#Ağdam teqi istifadə olunub
- Ağdamın Sarıcalı kəndində qorxulu yanğın | Hadisə şahidləri danışdı - Baku TV
- İlham Əliyev və Peter Pelleqrini Baş Qərvənddə görülən işlərlə tanış oldular
- Azərbaycan və Slovakiya prezidentləri Ağdamda | Baş Qərvənddə hansı işlər görülüb? - Baku TV
- Ağdamda ürəkağrıdan ailə faciəsi | "Sevinə-sevinə aparmışdı, dəhşət yaşadıq..." - Baku TV
- Xaçınçay su anbarında dəhşətli hadisə | Ata və iki övladı boğulub - Baku TV
