Hadisə
Pleyeri seçin:

Ali Məhkəmə Zaqataladakı qətllə bağlı hökmü ləğv etdi

31 oktyabr 2023

12 il əvvəl Zaqatalada kirayə qaldığı evin sahibəsini öldürməkdə təqsirli bilinərək və 2019-cu ildə 11 il həbs cəzasına məhkum edilmiş 50 yaşlı Polad İsmayılovun işi yenidən araşdırılır.

Ali Məhkəmə 4 ildir həbsdə olan Polad İsmayılovla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarını ləğv edib.

Məhkəmə belə qənaətə gəlib ki, Polad İsmayılovun cinayət işinə düzgün baxılmayıb. Bu səbəbdən iş yenidən apellyasiya baxışına qaytarılıb.

İttihamda deyilir ki, yük maşını sürücüsü işləyən Polad İsmayılov Zaqatala rayonunda 61 yaşlı Seyran Əyyubovanın evində kirayə qalıb. Hadisədən bir gün əvvəl ev sahibəsi Polada istədiyi çarpayıda yatmağa icazə verməyib. O, bundan hiddətlənərək səhəri gün günorta işdən çıxaraq evə gəlib, qisas məqsədilə Seyran Eyyubovanı qətlə yetirib.

Məhkum Polad İsmayılovun vəkili Zabil Qəhrəmanovun ibtidai istintaqın düzgün aparılmaması ilə bağlı ortaya qoyduğu epizodlardan biri də Poladın Seyran Əyyubovanın evinə gətirdiyi tanıdığı qadının istintaqa şahid qismində cəlb olunmaması ilə bağlıdır.

İttiham aktına görə, Seyran həmin qadının həyat yoldaşına xəbər verdiyi üçün tərəflər arasında ciddi problem ortaya çıxıb. İttiham aktında qətlin əsas səbəblərindən biri kimi bu epizod göstərilirdi.

Müdafiəçinin ittiham aktında etiraz etdiyi nüanslardan biri də ibtidai istintaq prosesi zamanı 4 il əvvəl iş üzrə rəy vermiş ekspert polkovnik-leytenant Gündüz Cəbrayılovun şahid qismində istintaqa cəlb olunmasıdır.

Vəkilin dediyinə görə, işin əsas mübahisəli tərəfi isə cinayət törədilən yerdən götürülən qan nümunələrinin Polad İsmayılovun qan qrupu ilə uyğun gəlməməsidir.

Seyran Əyyubova öldürülən vaxt hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Ekspert isə rəydə göstərib ki, Polad İsmayılovun qanı ilə hadisə yerindən tapılan qan eyni şəxsə məxsusdur.

Polad İsmayılovun qan qrupunun 1-ci qrup olması kimi müəmmalar Ali Məhkəmə instansiyasına əsas verib ki, cinayət işi ilə bağlı birinci instansiyanın hökmü ləğv edilərək baxılması üçün yenidən apellyasiya baxışına göndərilib.

Qeyd edək ki, hazırda işə Şəki Apellyasiya Məhkəməsində hakim Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti baxır.

Azərbaycanlıya qarşı dəhşətli hücum | Ermənistan hökuməti məhkəməyə verilir?

Azərbaycanlıya qarşı dəhşətli hücum | Ermənistan hökuməti məhkəməyə verilir?

Hadisə
22 noyabr 2024
Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Hadisə
22 noyabr 2024
Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Hadisə
21 noyabr 2024
6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

Hadisə
21 noyabr 2024
Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Hadisə
21 noyabr 2024
Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Hadisə
21 noyabr 2024
Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Hadisə
21 noyabr 2024
Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Hadisə
19 noyabr 2024
Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Hadisə
19 noyabr 2024
Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Hadisə
19 noyabr 2024
Seçilmişlər
icon