Arvadını qətlə yetirən şəxs hakim qarşısında | Qərar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə prosesinə start verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin baxışa verilməsini məhkəməyə təklif edib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verildiyini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası sentyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin mayında paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun Ramana qəsəbəsi ərazisində arvadı, 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurəddin Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Bakı Ağır Cinayətlər Məhkəməsində beynəlxalq terror şəbəkəsinə qoşulanlara sərt hökm - ƏSAS XƏBƏR
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
