Astarada yeniyetmələr arasında düşən mübahisə bıçaqlanma ilə nəticələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada sinif yoldaşları arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib.
Belə ki, gecə saatlarında rayonun Pensər kəndində bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, kənd sakini 18 yaşlı Zakir Hüseynli sinif yoldaşı 17 yaşlı Elmir Şabanzadə ilə kənd ərazisində çayxanaların birində oturublar. Bir müddət sonra sinif yoldaşları arasında söyüş söyməyə görə münaqişə yaranıb. Bu zaman Elmir Şabanzadə üzərində gəzdirdiyi bıçaqla Zakir Hüseynliyə bədənin müxtəlif nahiyələrinə olmaqla çoxsaylı zərbələr endirib.
Zakir Hüseynli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat blokuna alınıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır və müvafiq şöbədə stasionar müalicəsi davam etdirilir.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 17 yaşlı Elmir Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb. Fakt üzrə araşdırma davam etdirilir.
#Astara teqi istifadə olunub
- Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV
- Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI
- "Çıxarışım var, amma torpağın özü yoxdur" | Vətəndaşa aid sahə hara "yoxa çıxdı"? - Baku TV
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
