Pleyeri seçin:

Ayrıldığı sevgilisinə dəhşət yaşadan taksi sürücüsünə hökm oxundu

06 dekabr 2024 180 baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda sevgilisini öldürməyə cəhddə təqsirləndirilən Tərlan Qafarova hökm oxunub.

Hadisə 2022-ci il oktyabrın 14-ü gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 15 ünvanında yerləşən "pub" restoranlarından birinin qarşısında baş verib.

İstintaqla müəyyən edilib ki, Tərlan Qafarov əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Əliyevanı ondan ayrılması səbəbindən qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Hadisədən təxminən 1 ay əvvəl Vüsalə Bakıxanov qəsəbəsində yerləşən restoranda işləməyə başlayandan sonra Tərlan Qafarova rəfiqələrinin sevgilililərin onlara son model telefon və avtomobillər aldıqlarını deyib. Tərlan isə sevgilisinə taksi sürücüsü olduğunu, onun istədiklərini almağa maddi imkanının çatmadığını bildirib. Bundan sonra Vüsalənin ona qarşı münasibəti dəyişib. Tərlan Vüsalədən ayrılaraq öz ailəsinin yanına qayıdıb.

Bir müddət sonra təqsirləndirilən şəxs Vüsalənin işlədiyi restoranın qarşısına gəlib. İşdən çıxan Vüsalə acıqlı şəkildə ondan niyə gəldiyini soruşanda Tərlan 1-2 dəqiqə söhbət etmək istədiyini deyib. Bu vaxt zərərçəkənin telefonuna zəng gəlib, zəng edənin kim olduğunu soruşduqda Vüsalə Tərlana kobud cavab verib. Tərlan qadına yumruğu ilə güclü zərbə vurub, zərərçəkən arxası üstə yerə yıxılıb.

Əsəblərinə hakim ola bilməyən Tərlan Qafarov gödəkçəsinin sağ cibindən çıxardığı bıçaqla qadına xəsarətlər yetirməyə başlayıb. Sevgilisinin bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 21 dəfə bıçaqla zərbə vuran Tərlan onun öləcəyini güman edərək hadisə yerindən uzaqlaşıb. Vaxtında xəstəxanaya çatdırılan zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə iclasında Tərlan Qafarov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkən Vüsalə Əliyeva təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayəti olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə məntəqəsində çəkməklə Tərlan Qafarov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. .

"Haqqında elə şey deyilməmişdi ki..." | Yaxınları şokda: 17 yaşlı oğlan ata qatili oldu? - Baku TV

"Haqqında elə şey deyilməmişdi ki..." | Yaxınları şokda: 17 yaşlı oğlan ata qatili oldu? - Baku TV

Hadisə
12 mart 2026 180 baxış
Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV

Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV

Hadisə
12 mart 2026 180 baxış
Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Hadisə
11 mart 2026 180 baxış
Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Hadisə
10 mart 2026 180 baxış
Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
10 mart 2026 180 baxış
Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Hadisə
09 mart 2026 180 baxış
“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

Hadisə
09 mart 2026 180 baxış
2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

Hadisə
09 mart 2026 180 baxış
Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Hadisə
09 mart 2026 180 baxış
Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Hadisə
08 mart 2026 180 baxış
Seçilmişlər
icon