Pleyeri seçin:

Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV

12 mart 2026 715 baxış

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən şirkət rəhbərlərinin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə ittiham aktı elan olunub. Onlar özlərini ittihamla təqsirli bilməyiblər. Məhkəmənin növbəti prosesi aprelin 7-nə təyin edilib.

Qeyd edək ki, xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək çoxsaylı vətəndaşın müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirən "365TOURISM", "TEMPOTIRPS" və "JOBS" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.

Adıçəkilən şirkətlərin rəhbərləri – müvafiq olaraq Ruslan Nəcəfov, Sədaqət Təhməzova və Mehrab Xəlilov 71 şəxsin ümumilikdə 223 min manatdan artıq pulunu ələ keçirərək dələduzluq etməkdə təqsirləndirilirlər.

Toplanmış sübutlar əsasında Ruslan Nəcəfov və Mehrab Xəlilov barəsində məhkəmənin qərarı ilə həbs, Sədaqət Təhməzova barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Əlavə edək ki, istintaq dövründə iş üzrə zərərçəkən şəxslərə dəyən 223 min manat maddi ziyanın 105 min manatının ödənilməsi təmin edilib.

Banner
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 715 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 715 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 715 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 715 baxış
"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

Hadisə
06 noyabr 2026 715 baxış
Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 715 baxış
"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

Hadisə
06 noyabr 2026 715 baxış
İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

Hadisə
05 noyabr 2026 715 baxış
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 715 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 715 baxış
Seçilmişlər
icon