Hadisə
Pleyeri seçin:

Azərbaycan şirkətinə kiberhücum: 60 min manat tələb etdilər

17 iyul 2023

Qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edərək 60 min manat tələb edən dəstə üzvləri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60 000 manata satarkən saxlanılıblar.

Onlar məlumat axınının davamlığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10 000 manat ödəniş tələb ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə qanunsuz daxilolma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Tələbələrin ölüm səbəbi açıqlandı | Naxçıvanda dəhşətli hadisə

Tələbələrin ölüm səbəbi açıqlandı | Naxçıvanda dəhşətli hadisə

Hadisə
10 may 2024
Övladlarının gözünün önündə etmədiyi qalmadı | Bakıdakı qətlin detalları

Övladlarının gözünün önündə etmədiyi qalmadı | Bakıdakı qətlin detalları

Hadisə
10 may 2024
Sumqayıtda məşhur məşqçinin törətdiyi qətllə bağlı yeni detallar | Şahid danışdı

Sumqayıtda məşhur məşqçinin törətdiyi qətllə bağlı yeni detallar | Şahid danışdı

Hadisə
09 may 2024
“Kəpəz” - “Qəbələ” matçında insident yaşandı | Saxlanılanlar var

“Kəpəz” - “Qəbələ” matçında insident yaşandı | Saxlanılanlar var

Hadisə
09 may 2024
8 noyabr prospektində nə baş verir? | Buranı düzgün bərpa etmirlər

8 noyabr prospektində nə baş verir? | Buranı düzgün bərpa etmirlər

Hadisə
09 may 2024
Lənkəranda iranlıya narkokuryerlik edən şəxs saxlanıldı | DİN məlumat yaydı

Lənkəranda iranlıya narkokuryerlik edən şəxs saxlanıldı | DİN məlumat yaydı

Hadisə
09 may 2024
Xocalıda araşdırma başlanıldı | Baş Prokurorluq məlumat yaydı

Xocalıda araşdırma başlanıldı | Baş Prokurorluq məlumat yaydı

Hadisə
09 may 2024
Həbsxanadan başlayan ədavət qanla bitdi

Həbsxanadan başlayan ədavət qanla bitdi

Hadisə
09 may 2024
Qubada çörək sexində yanğın baş verdi

Qubada çörək sexində yanğın baş verdi

Hadisə
09 may 2024
Sumqayıtda "qazi" dələduzluqda şübhəli bilinərək tutuldu

Sumqayıtda "qazi" dələduzluqda şübhəli bilinərək tutuldu

Hadisə
09 may 2024
Seçilmişlər
icon