Pleyeri seçin:

Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

15 dekabr 2025 476 baxış

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə yıxılıb.

Hadisə ilə bağlı şahidlər Baku TV-yə danışıblar.

“Yerdə 100 manat var idi. Tələbə yoldaşımız onu götürmək üçün döşəmənin üstünə hoppandı. Nəticədə, yıxılaraq əzildi. Təcili tibbi yardım gəldi, onu xəstəxanaya apardılar”, – onlardan biri söyləyib.

Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanovanın sözlərinə görə, binanın daxilində iki mərtəbə arasında yüngül konstruksiya ilə örtülmüş döşəmə var:

“Döşəmənin üzərində xəbərdarlıq lövhəsi də qoyulub. Böyük ehtimalla tələbə oranın möhkəm olduğunu düşünərək üstünə hoppanıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir”.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 25 dekabr tarixində saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbi ilə çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

Kopyalandı
"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

Hadisə
06 avqust 2026 476 baxış
Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Hadisə
06 avqust 2026 476 baxış
Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Hadisə
06 avqust 2026 476 baxış
Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə
06 avqust 2026 476 baxış
Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Hadisə
06 avqust 2026 476 baxış
FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

Hadisə
06 avqust 2026 476 baxış
Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
06 avqust 2026 476 baxış
Sürücü yüngül xəsarət alıb

Sürücü yüngül xəsarət alıb

Hadisə
05 avqust 2026 476 baxış
Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Hadisə
05 avqust 2026 476 baxış
14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

Hadisə
05 avqust 2026 476 baxış
Seçilmişlər
icon