Azərbaycana xəbərdarlıq, yoxsa...? - Rusiyadan SOCAR-ın obyektinə dəhşətli hücum
Avqustun 17-dən 18-nə keçən gecə Rusiya Ordusu Odessa vilayətinə kütləvi dron hücumu həyata keçirib.
Zərbələr nəticəsində Azərbaycanın SOCAR şirkətinə məxsus obyektlərdə yanğın baş verib.
Bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Bildirilir ki, avqustun 17-si bazar günü saat 23:00 radələrində hava hücumu barədə həyəcan siqnalı elan edilib, Qara dəniz üzərində çoxlu sayda “Şahed” dronları qeydə alınıb. Ardınca Odessa və ətraf bölgələrdə partlayış səsləri eşidilib.
Ukrayna Fövqəladə Hallar Xidmətinin regional qərargahının məlumatına görə, hücum nəticəsində yanacaq-energetika infrastrukturu obyektində genişmiqyaslı yanğın baş verib.
Bundan əvvəl də Ukraynanın "Telegram" kanalları hücum zamanı ərazidəki SOCAR terminallarının zədələndiyinə dair məlumat yayıb.
#SOCAR teqi istifadə olunub
- Qırğızıstan SOCAR-la tərəfdaşlığın genişləndirilməsində maraqlıdır - Baku TV
- SOCAR və IE Universiteti arasındakı əməkdaşlıq çərçivəsində vacib tədbir - Baku TV
- Qazaxıstan neftinin daşınmasında tranzit həcm 4 milyon tona çatıb - Baku TV
- SOCAR "Palmali"nin qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi - Baku TV
- Elşad Nəsirov İndoneziya səfiri ilə görüşdü | Qarşılıqlı əməkdaşlıq müzakirə olunub - Baku TV
