Pleyeri seçin:

Azərbaycanda vəzifəli şəxslərə qarşı əməliyyat | Nələr üzə çıxdı? - Baku TV

24 aprel 2026 352 baxış

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib.

Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, xidmətdən daxil olan və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin şöbənin əməkdaşı Şahlar Usubəliyev, Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin şöbənin əməkdaşı Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Yaşayış binasında partlayışa nə səbəb oldu? - Baku TV

Yaşayış binasında partlayışa nə səbəb oldu? - Baku TV

Hadisə
16 sentyabr 2026 352 baxış
Ata və qızı kürəkəni qətlə yetirdi? | Məhkəmədə hökm oxundu - ANA XƏBƏR

Ata və qızı kürəkəni qətlə yetirdi? | Məhkəmədə hökm oxundu - ANA XƏBƏR

Hadisə
16 sentyabr 2026 352 baxış
Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Hadisə
16 sentyabr 2026 352 baxış
"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

Hadisə
16 sentyabr 2026 352 baxış
Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Hadisə
15 sentyabr 2026 352 baxış
Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Hadisə
15 sentyabr 2026 352 baxış
Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
15 sentyabr 2026 352 baxış
"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

Hadisə
15 sentyabr 2026 352 baxış
DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

Hadisə
15 sentyabr 2026 352 baxış
23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

Hadisə
15 sentyabr 2026 352 baxış
Seçilmişlər
icon