Hadisə
Pleyeri seçin:
Azərbaycanda zəlzələ oldu | Seysmoloji Xidmət Mərkəzindən açıqlama
İmişli rayonunda 3 maqnitudalı zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Beyləqan stansiyasından 35 kilometr şimal-şərqdə yerli vaxtla 23:49-da qeydə alınıb. Təbiət hadisəsi hiss olunmayıb. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.
Həmçinin Naxçıvan stansiyasından 76 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar Naxçıvan şəhərində Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.
Yerli vaxtla saat 22:01-də qeydə alınan zəlzələnin ocağı yerin 4 kilometr dərinliyində olub.
Kopyalandı
Seçilmişlər