Azərbaycanlı biznesmen Türkiyədə qətlə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə yaşayan və tütün məmulatlarının satışı ilə məşğul olan azərbaycanlı iş adamı güllələnib. Hadisə Ankarada baş verib.
Məlumata görə, soydaşımız Şamil Xalidlə onun şəriki Ahmet Dikbaş arasında mübahisə yaranıb. Sonra A.Dikbaş üstündə gəzdirdiyi silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin A.Dikbaş yaralının ardınca düşərək daha üç atəş açıb. Bu dəfə güllələr Xalidin ürəyinə tuş gəlib.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım xidməti cəlb edilib. A.Dikbaş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Azərbaycanlı iş adamı Ş.Xalid isə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İnsidentin təfərrüatları araşdırılır.
#Türkiyə teqi istifadə olunub
- Səhm əməliyyatlarında qanun pozuntusu şübhəsi ilə istintaq başladılıb
- Müəllimlərin də öldürüldüyü hadisə barədə şok təfərrüat | Türkiyədə qanlı hücum - Baku TV CANLI
- Türkiyədə dəhşətli hadisə | Üç kəndə silahlı hücum - Baku TV
- Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV
- Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI
