Hadisə
Pleyeri seçin:

Azərbaycanlı diplomat Türkiyədə niyə tutuldu? - DTX-dən təcili məlumat

29 noyabr 2024

Diplomatik statusdan istifadə etməklə Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan külli miqdarda qızıl külçələrinin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlu digər Azərbaycan vətəndaşı Qasımov Anar Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşib.

Onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən olunub.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov noyabrın 22-də Amerika Birləşmiş Ştatlarından Türkiyəyə gedib. Həmin gün Anar Qasımov tərəfindən gətirilən İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulan, içərisində külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb.

O, diplomatlar üçün nəzərdə tutulan imtiyaz və immunitetləri təsdiq edən pasportdan və vəzifə səlahiyyətlərinin qəsdən ziddinə istifadə etməklə, qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib.

Daha sonra Qəhraman Məmmədov onları Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbuldakı hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb. Daşıdığı çantaya keçirilən baxış zamanı içərisində 10 220 900 dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar olunub. Qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilən Anar Qasımov da Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin Azərbaycan vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq və ölkə vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kopyalandı
AZAL-ın təyyarə qəzasında yaralananlarla bağlı ən son məlumatlar

AZAL-ın təyyarə qəzasında yaralananlarla bağlı ən son məlumatlar

Hadisə
26 dekabr 2024
AZAL-ın təyyarə qəzasında yaralananlar xəstəxanada

AZAL-ın təyyarə qəzasında yaralananlar xəstəxanada

Hadisə
26 dekabr 2024
Yaralananların ən son durumu açıqlandı | "Baku TV"nin əməkdaşı hava limanından məlumatları çatdırır

Yaralananların ən son durumu açıqlandı | "Baku TV"nin əməkdaşı hava limanından məlumatları çatdırır

Hadisə
26 dekabr 2024
AZAL-ın təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi Bakıya gətirildi | Anbaan görüntülər

AZAL-ın təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi Bakıya gətirildi | Anbaan görüntülər

Hadisə
26 dekabr 2024
Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi

Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi

Hadisə
26 dekabr 2024
Daha 7 nəfər yaralı soydaşımız Bakıya gətirildi | Hava limanından görüntülər

Daha 7 nəfər yaralı soydaşımız Bakıya gətirildi | Hava limanından görüntülər

Hadisə
26 dekabr 2024
Əməkdaşımız yaralıların Bakıya gətirilməsi barədə son məlumatları çatdırdı

Əməkdaşımız yaralıların Bakıya gətirilməsi barədə son məlumatları çatdırdı

Hadisə
26 dekabr 2024
Faciəvi qəzada xəsarət alanların təyyarədən düşürülmə anı

Faciəvi qəzada xəsarət alanların təyyarədən düşürülmə anı

Hadisə
26 dekabr 2024
Təyyarə qəzasında yaralanan şəxslər Bakıdadır

Təyyarə qəzasında yaralanan şəxslər Bakıdadır

Hadisə
26 dekabr 2024
"Baku TV"nin əməkdaşı həlak olan və yaralananların ən son vəziyyətini açıqladı

"Baku TV"nin əməkdaşı həlak olan və yaralananların ən son vəziyyətini açıqladı

Hadisə
26 dekabr 2024
Seçilmişlər
icon