Pleyeri seçin:

Azərbaycanlı qadını Finlandiyada kim qətlə yetirdi?

03 sentyabr 2025 271 baxış

Bir neçə gün əvvəl Finlandiyanın Espoo şəhərində keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən və adı açıqlanmayan 30 yaşlı milliyətcə azərbaycanlı qadın iki uşaq anası olub.

Bu barədə Finlandiyanın “Ilta-Sanomat” qəzeti həmin hadisənin təfərrüatı barədə yazıb.

Məlumatda hadisə iştirakçılarının adları və milliyyətləri açıqlanmasa da, qadının 44 yaşlı keçmiş əri tərəfindən güllələndiyi qeyd olunub.

Bildirilib ki, həmin şəxs keçmiş həyat yoldaşına yaşadığı binanın girişində şüşənin arxasından tapança ilə atəş açıb. Cinayət aləti polis tərəfindən götürülüb.

Ölkənin yerli polisinin məlumatına görə, qadın qətlə yetirilərkən hadisə yerində onun iki övladı da olub.

Qəzet həmçinin yazıb ki, ailə əvvəllər Varkaus bölgəsində yaşayıb. Cütlük 2024-cü ilin yazında boşanmaq üçün məhkəməyə müraciət edib. Onların elə həmin vaxtdan ayrıldığı, qadının yeni münasibətə başladığı və hamilə olduğu bildirilib.

Hadisədən təqribən iki həftə əvvəl qadın keçmiş əri ilə bağlı məhdudlaşdırıcı tədbirlər üçün məhkəməyə müraciət edib. Məsələ ilə bağlı məhkəmə iclası isə hələ baş tutmayıb.

“Qətli törədən şəxsin Finlandiyada ciddi məhkumluğu olmayıb. O, təqribən 10 il əvvəl bir neçə xırda xuliqanlıqda təqsirləndirilsə də, zorakılıq cinayətinə görə məhkumluğu yoxdur”, – deyə qəzet yazıb.

Qeyd edək ki, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay da sözügedən cinayət hadisəsi ilə bağlı feysbuk hesabında paylaşım edib.

Məlumata görə, qətlə yetirilən xanım Rusiya vətəndaşıdır və mərhumun yaxınları Rusiya Federasiyasında yaşayır. 

DİN-dən liseydəki insidentlə bağlı təcili açıqlama - Baku TV CANLI

DİN-dən liseydəki insidentlə bağlı təcili açıqlama - Baku TV CANLI

Hadisə
06 fevral 2026 271 baxış
Bakıda dəhşətə gətirən hadisə | Şagird müəllimini niyə güllələdi? - Baku TV

Bakıda dəhşətə gətirən hadisə | Şagird müəllimini niyə güllələdi? - Baku TV

Hadisə
06 fevral 2026 271 baxış
Bakıda məşhur liseydə silahlı insident | Baku TV hadisə yerində - CANLI

Bakıda məşhur liseydə silahlı insident | Baku TV hadisə yerində - CANLI

Hadisə
06 fevral 2026 271 baxış
Sumqayıtda bədbəxt hadisə | 36 yaşlı kişi dəm qazından vəfat etdi - Baku TV

Sumqayıtda bədbəxt hadisə | 36 yaşlı kişi dəm qazından vəfat etdi - Baku TV

Hadisə
06 fevral 2026 271 baxış
Telefonunu taksidə unutdu, geri ala bilmir, çünki... | "Taksi şirkəti borclu idi ki..." - Baku TV

Telefonunu taksidə unutdu, geri ala bilmir, çünki... | "Taksi şirkəti borclu idi ki..." - Baku TV

Hadisə
05 fevral 2026 271 baxış
"Uşağı qırağa çəkib ki..." - Qandonduran hadisə: Bıçaqlanan 7 yaşlı oğlanın atası danışdı - Baku TV

"Uşağı qırağa çəkib ki..." - Qandonduran hadisə: Bıçaqlanan 7 yaşlı oğlanın atası danışdı - Baku TV

Hadisə
05 fevral 2026 271 baxış
Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Hadisə
05 fevral 2026 271 baxış
Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Hadisə
05 fevral 2026 271 baxış
Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Hadisə
04 fevral 2026 271 baxış
Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Hadisə
04 fevral 2026 271 baxış
Seçilmişlər
icon