Azyaşlılarla bağlı şok görüntülər yayan şəxslər ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Kiberpolis “Telegram”da azyaşlılara aid pornoqrafik məzmunlu videolar satan şəxsləri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. Tədbir zamanı həmin kanalların adminləri – şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılanlar “Telegram” sosial şəbəkəsində kanallar yaradaraq həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.
Saxlanılan şəxslər pornoqrafik videoları satarkən müxtəlif insanların adına olan bank kartlarından istifadə ediblər. Onlar kartlarda toplanan pul vəsaitlərini sonradan nağdlaşdırıblar.
Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb - Baku TV
- Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV
- Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
