Babək və Şahbuzda görün nələr tapıldı | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 76 millimetrlik “BR-350” və 1 ədəd 85 millimetrlik “BR-365” zirehdələn top mərmisi, 2 ədəd “PQ-7” idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 millimetrlik mərmisi, 23 ədəd 5.45 millimetrlik mərmi, 29 ədəd “AKM-74” silahının 7.62 millimetrlik mərmisi, 1 ədəd 30 millimetrlik “AQS-17” silahının mərmisi, 1 ədəd “RPQ-7” qumbarası, 2 ədəd 100 millimetrlik top mərmisi və 1 ədəd 30 millimetrlik “AQS-17M” silahının mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
- Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV
- Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
