Pleyeri seçin:

Bağçada dəhşətə gətirən hadisə | "2 aydır həkimlərdəyik, dedilər ki, başına..." - Baku TV

19 avqust 2026 400 baxış

Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından ağır xəsarət aldığını iddia edib.

Onun sözlərinə görə, hadisə təxminən iki ay əvvəl baş verib. Günorta saatlarında bağça müəlliməsi anaya zəng edərək uşağın oynayarkən yıxıldığını və başına qazanın dəydiyini deyib. O, uşağı götürmək istəsə də, müəllimə buna ehtiyac olmadığını bildirib.

Ramella Nuriyeva qeyd edib ki, axşam uşağı evə aparanda başında və üzündə şişkinlik müşahidə ediblər: “Səhər gördük ki, uşağın üzü tam şişib, gözü qaralıb. Bilmək istəyirəm ki, mənim uşağıma nə olub, hadisə necə baş verib”.

Ananın sözlərinə görə, övladı hazırda da həkim nəzarətindədir və aldığı zədə səbəbindən müalicəsi davam edir: “Həkimlər vəziyyətini orta ağır qiymətləndiriblər. Altı ay ərzində heç bir zədə almamalıdır, daim dərman qəbul edir”.

O vurğulayıb ki, uşaq müalicələrdən sonra daha əsəbi olub və tez-tez ağlayır.

Ramella Nuriyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, iki ay əvvəl baş verdiyi iddia olunan hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Banner
Aparıcı Ada Süleymanovanın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı - Baku TV CANLI

Aparıcı Ada Süleymanovanın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı - Baku TV CANLI

Hadisə
23 noyabr 2026 400 baxış
Aparıcı Ada Süleymanovanın öldüyü qəza barədə detallar - Baku TV

Aparıcı Ada Süleymanovanın öldüyü qəza barədə detallar - Baku TV

Hadisə
23 noyabr 2026 400 baxış
Qaradağda dəhşət: Aparıcının öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı - Baku TV

Qaradağda dəhşət: Aparıcının öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı - Baku TV

Hadisə
23 noyabr 2026 400 baxış
"Sən öz bacına edirsən bunu?!" | Həbsdəki qohumunun arvadına göz dikən dostunu öldürdü - KRİMİNAL

"Sən öz bacına edirsən bunu?!" | Həbsdəki qohumunun arvadına göz dikən dostunu öldürdü - KRİMİNAL

Hadisə
22 noyabr 2026 400 baxış
“Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV

“Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV

Hadisə
22 noyabr 2026 400 baxış
Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI

Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI

Hadisə
22 noyabr 2026 400 baxış
Sumqayıtda avtomobil səkidə hərəkət edən piyadanı xəstəxanalıq edib - Baku TV

Sumqayıtda avtomobil səkidə hərəkət edən piyadanı xəstəxanalıq edib - Baku TV

Hadisə
22 noyabr 2026 400 baxış
“Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV

“Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
21 noyabr 2026 400 baxış
Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI

Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI

Hadisə
21 noyabr 2026 400 baxış
Xalq rəssamı Cahangir Rüstəmovun oğlu vəfat edib

Xalq rəssamı Cahangir Rüstəmovun oğlu vəfat edib

Hadisə
21 noyabr 2026 400 baxış
Seçilmişlər
icon