"Bağlayıb, əlində bıçaqla mağazadan qaçıb" | Gəncədə qandonduran hadisə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 64 yaşlı Laləzar Verdiyeva oğlu tərəfindən qətlə yetirilib.
Hadisə günorta saat 12:00 radələrində şəhər bazarlarından birinin geyim şöbəsində baş verib.
Şahidlərin sözlərinə görə, Laləzar Verdiyevanın oğlu 44 yaşlı Ramin İsmayılov mağazaya daxil olaraq anası ilə mübahisə etməyə başlayıb. Daha sonra R.İsmayılov əlində bıçaqla ərazidən uzaqlaşıb. Ətrafdakı şəxslər L.Verdiyevanı ağır yaralı halda taparaq təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ramin İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Qadını tanıyan şəxslərin bildirdiyinə görə, narkotik aludəçisi olan R.İsmayılov tez-tez bazara gələrək anasından pul tələb edir və münaqişə yaradırmış. Hadisənin də növbəti pul tələbi zəminində baş verdiyi ehtimal olunur.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
