Bakıda aktyor və xanımını qətlə yetirən şəxs barədə təcili xəbər | Baş Prokurorluq
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV
- Vətəndaşların şikayətinə niyə baxan tapılmır?
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
