Pleyeri seçin:
Bakıda çoxmənzilli yaşayış binasında yanğın baş verib | "6-cı mərtəbədə iki uşaq qalıb" - Baku TV
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, paytaxtın Xətai rayonu, Babək prospekti, 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- Xətaidə torpaq sürüşdü | Avtomobillərə ziyan dəydi - Baku TV
- “Uşaq düşən kimi batdı” | Zığ qəsəbə sakinlərini bezdirən vəziyyət - Baku TV
- “Bacısı burada ağlayırdı” | Qonşular ər-arvadın faciəvi ölümündən danışdı - Baku TV
- "Gecə 4-ə qədər..." | Bu restoran sakinlərin yaşayışını görün necə kabusa çevirib - Baku TV
- "Qurumlar hara baxır, işləri nədən ibarətdir?" | Xətaidə küçə hələ də təmir edilməyib - Baku TV
