Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın | Sakinlər təxliyə edildi
Paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyə və digər zəruri tədbirlər görülüb. Çoxmərtəbəli yaşayış binasında yanğın qısa zaman ərzində məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, hadisə yerinə 18 təcili tibbi yardım briqadası cəlb olunub. 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 3 nəfərin isə həkimə qədər ölüm faktı qeydə alınıb.
#Yasamal rayonu teqi istifadə olunub
- Bakıda yeraltı keçiddə eskalator qırıldı - Baku TV
- Sakinlər istiliyə görə binanın həyətində ocaq qaladılar | MTK binanı niyə təhvil vermir? - Baku TV
- "Nizami" metrosu ətrafındakı köhnə binalar sökülür
- 98 saylı bağçada uşaqlar ac qalır? | Valideynlər şikayət edir
- Şəhid məzarlarında ağlasığmaz əməl: Niyə bu hala düşdük? | Hiddət doğuran hadisələr - XÜLASƏ
