Bakıda dəhşət: yaşlı anasını əlil arabasına bağlayaraq dilənməyə məcbur etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun küçəsində yaşlı qadın zorla diləndirilib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. İddia edilir ki, yaşlı qadın özünü onun qızı kimi təqdim edən şəxs tərəfindən ərazidəki marketin yaxınlığında dilənməyə məcbur edilib. Hadisəyə yaxınlıqdakı vətəndaşlar müdaxilə edib. Daha sonra məlum olub ki, qadının ayaqları əlil arabasına “skoç”la bağlanıb. Qızı bildirib ki, anasının ayaqlarında yara olduğundan o, bu addımı atıb. Onun sözlərinə görə, qadın ayaqlarını tərpətdikcə yara daha da pisləşir. Ətrafdakıların ciddi narazılığından sonra qadın və qızı polis bölməsinə aparılıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, şəxslərin sağlamlıq vəziyyəti nəzərə alınmaqla barələrində qanunamüvafiq tədbirlər görüləcək.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV
- Vətəndaşların şikayətinə niyə baxan tapılmır?
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
