Bakıda dəhşətli cinayət: hərbçi qətlə yetirildi, saxlanılanlar var
Paytaxtda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsinin ilk baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.
İttiham aktına görə, Orxan Zeynalov tanışları – İlqar Abdurahmanov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı restoranlardan birində spirtli içki qəbul etdikdən sonra başqa bir restorana gediblər. Hadisə də məhz bundan sonra baş verib.
Belə ki, qonşu masada əyləşən Cəsarət Vəliyev və Camal Həsənovla müsiqi sifarişinə görə mübahisələri düşüb, əlbəyaxa olublar. Dava zamanı Cəsarət Vəliyev alığı bıçaq xəsarətlərindən hadisə yerində keçinib, Camal Həsənov isə xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, qətlə yetirilən Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirərək “İgidliyə”, “Cəbrayılın azad olunmasına” və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib. Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən 9 maddə ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd və xuliqanlıq, satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma və digər maddələrlə) ittiham irəli sürülüb.
#Cinayət işi teqi istifadə olunub
- Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV
- Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV
- İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV
- Arvadını qətlə yetirən nəyi etiraf etdi? | "Mələklər seçilmiş insan olduğumu deyirlər" - Baku TV
- Elmir faciəvi hadisənin qurbanı oldu
