Elmir faciəvi hadisənin qurbanı oldu
2025-ci ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 40 yaşlı Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olan 26 yaşlı şərti adı Nicat Məmmədov olan şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, həmin gecə Elmir taksi tapa bilmədiyi üçün həmkəndlisi Nicatdan onu kənddən aparıb Bakı-Qazax avtomobil yoluna düşürməyini xahiş edib. Nicat isə sənədlərinin qaydasında olmadığını bildirərək onu apara bilməyəcəyini deyib.
Bundan sonra Elmir yola çıxıb başqa avtomobillərə işarə versə də, saxlayan olmayıb. Nəticədə Elmir yenidən Nicatdan gəlib onu aparmasını xahiş edib. Nicat Elmirin xahişini bu dəfə yerinə yetirərək onu avtomobillə aparıb Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində düşürüb.
Daha sonra Nicat Məmmədov yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə gedib. O, yanacaqdoldurma məntəqəsindən çıxıb yaşadığı Rəncbər kəndi istiqamətində qayıdarkən ehtiyatsızlıqdan bir az öncə sərnişini olan, yol kənarında dayanan Elmiri vurub. Nicat hadisəyə səbəb kimi qarşıdan gələn maşının işıqlarının onun gözünə düşməsini göstərib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan Elmir Ağamalıyevin həyatını xilas etmək mümkün olmayıb.
#Yol qəzası teqi istifadə olunub
- Hacıqabulda dəhşətə gətirən qəza baş verdi
- Qəzanın baş verməməsi üçün sürücülər nələrə diqqət etməlidir? - Baku TV
- Zərdabda ağır qəza | 2 nəfər həyatından oldu - Baku TV
- Goranboyda dəhşətli qəza | 6 nəfər xəsarət aldı - Baku TV
- "Dost idilər, birgə dəfn edirik..." | Faciəvi qəzada ölən gənclərin yaxınları fəryad etdi - Baku TV
