Pleyeri seçin:

Zərdabda ağır qəza | 2 nəfər həyatından oldu - Baku TV

10 dekabr 2025 430 baxış

Xanəndə Məftun Məmmədov ailə üzvləri ilə birgə qəzaya düşüb.

Hadisə Zərdabın Kəndəbil kəndində baş verib.

“Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb. Hadisə nəticəsində xanəndənin atası və oğlu ölüb, özü ilə yanaşı, 4 ailə üzvü xəsarət alıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 9-u saat 10:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2016 və 2017-ci il təvəllüdlü azyaşlıların vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:50 adələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Kopyalandı
Naxçıvana uçan sərnişin təyyarədə görün nə etmək istədi - Baku TV CANLI

Naxçıvana uçan sərnişin təyyarədə görün nə etmək istədi - Baku TV CANLI

Hadisə
16 iyun 2026 430 baxış
Kliniki Tibbi Mərkəzdə qalmaqal | Ağcaqanad azyaşlını xəstəxanalıq etdi - Baku TV

Kliniki Tibbi Mərkəzdə qalmaqal | Ağcaqanad azyaşlını xəstəxanalıq etdi - Baku TV

Hadisə
14 iyun 2026 430 baxış
Biləsuvarda 64 yaşlı qadına qarşı törədilən cinayətin dəhşətli təfərrüatları - Baku TV

Biləsuvarda 64 yaşlı qadına qarşı törədilən cinayətin dəhşətli təfərrüatları - Baku TV

Hadisə
14 iyun 2026 430 baxış
5,1 maqnitudalı zəlzələ Azərbaycanın əksər rayonlarında hiss olundu - Baku TV

5,1 maqnitudalı zəlzələ Azərbaycanın əksər rayonlarında hiss olundu - Baku TV

Hadisə
12 iyun 2026 430 baxış
Bakıda 11-ci sinif şagirdi hoteldə həyatını itirdi | Hadisə ilə bağlı araşdırma aparılır - Baku TV

Bakıda 11-ci sinif şagirdi hoteldə həyatını itirdi | Hadisə ilə bağlı araşdırma aparılır - Baku TV

Hadisə
12 iyun 2026 430 baxış
Qəbələdə 5,1 maqnitudalı zəlzələ | Zəlzələlərin tədqiqatı bürosu məlumat yaydı - Baku TV CANLI

Qəbələdə 5,1 maqnitudalı zəlzələ | Zəlzələlərin tədqiqatı bürosu məlumat yaydı - Baku TV CANLI

Hadisə
12 iyun 2026 430 baxış
69 yaşlı qadının tükürpərdən ölümü | "Hər yeri axtarıblar, qızıllarına dəyməyiblər" - Baku TV

69 yaşlı qadının tükürpərdən ölümü | "Hər yeri axtarıblar, qızıllarına dəyməyiblər" - Baku TV

Hadisə
12 iyun 2026 430 baxış
Gəncədə dəhşət: 63 yaşlı şəxs qətlə yetirildi - Baku TV CANLI

Gəncədə dəhşət: 63 yaşlı şəxs qətlə yetirildi - Baku TV CANLI

Hadisə
12 iyun 2026 430 baxış
"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

Hadisə
11 iyun 2026 430 baxış
Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Hadisə
11 iyun 2026 430 baxış
Seçilmişlər
icon